Yeni Nostradamusun çin çıxan öncəgörüləri - Siyahı

Yeni Nostradamusun çin çıxan öncəgörüləri - Siyahı backend

Yeni Nostradamus və ya Reymond Kurtsveyl – amerikalı ixtiraçı və yazıçı-futuroloqdur. 1990-ci illərdə o, müasir sivilizasiyanın gələcəyini ən kiçik xırdalıqlarına kimi xəbər verən kitab yazıb.

Reymond özü təsdiq edir ki, onun etdiyi 108 gümandan 89-u artıq həyata keçib.

Oxu.az xəbər verir ki, 1999-cu ildə onun 2009-cu il üçün verdiyi onillik proqnozlardan ibarət “Canlı maşınlar dövrü” adlı kitabı nəşr olunub:

– Kitabların çoxu kağızda deyil, ekranda oxunacaq.

– Mətnlərin çoxu insan nitqini tanıyan texnologiyanın köməyilə yaradılacaq.

– Avtopilotlu maşınlar peyda olacaq.

– Sahibinin sağlamlığının vəziyyəti barədə ona məlumat verən şəxsi kompüterlər yaranacaq. Onlar naviqator funksiyasını da yerinə yetirəcəklər.

– Naqillər yoxa çıxacaq. Kompüter periferiyası simsiz şəbəkə ilə işləyəcək.

– İnsanlar kompüterə səsli komanda verə biləcək.

– Kompüterin displeyinə eynəklər quraşdırılacaq.

– Kompüterlər öz sahiblərinin üzlərini və fotolarını tanıya biləcək.

– Bəşəriyyətə ilk dəfə nanorobotlar təqdim edəcəklər.

Bu isə Reymond Kurtsveylin gələcək onilliyə – 2019-cu ilə kimi olan proqnozlarıdır:

– Kompüterin hesablama gücü insan beyninin hesablama gücünə yaxınlaşacaq.

– Kompüterlər hər yerdə (mebeldə, zərgərlik məmulatlarında, divarlarda, geyimlərdə...) quraşdırılacaq.

– İnsanlar 3D-reallıqlı virtual eynəklərə və gözün qüzehi qişasında bilavasitə əks olunan, təsviri şüa ilə çəkə bilən kontakt linzalarına öyrəşməyə başlayacaqlar.

– İnsanlar kompüterlərə nəinki səslə, hətta jestlərlə komanda verə biləcəklər. Bununla yanaşı, kompüterin “şəxsiyyətini” öz zövqünə görə seçmək və qurmaq mümkün olacaq.

– Hər bir əməliyyat – pul köçürülməsi və ya məlumat axtarışı, xarici görünüşü maksimum insana bənzəyən kompüter məsləhətçisi tərəfindən həyata keçiriləcək.

– Kompüterlər artıq standart formada olmayacaq. Kompüterləşdirilmiş qurğular xarici görünüşü və ölçülərinə görə müxtəlif olacaqlar.

– Maqnitli bərk disklərdən istifadə olunmayacaq.

– Hesablama qurğuları qismində artıq silisiumlu prosessorlardan deyil, nanoborucuqlardan ibarət üçölçülü şəbəkələrdən istifadə ediləcək.

– Kütləvi şəkildə neyron şəbəkələr tətbiq olunacaq.

– Hər yerdə sancaq başı boyda video-kameralar olacaq.

– Kompüterlər tamamilə nəinki kitabları, hətta sənədləri də əvəz edəcək.

– İnsanlara köçürülmüş ilk kompüterlər peyda olacaq.

– Əcnəbi ilə danışmaq üçün avtomat tərcüməçidən istifadə etmək bəs edəcək.

– Hadisələrin gedişatında evdar robot-xadimə, robot-sürücü və s. olacaq.

Kurtsveyl gələcək haqqında hələ bir çox proqnoz verib. O, kompüterlərin insanlara onları əvəz edəcəyini, insanların nanorobotlardan ibarət və ölümsüz olacaqları, həmçinin bəşər sivilizasiyasının bir ali kompüter orqanizmi ilə birləşməsinə dair proqnozlar da verib.
Diaspora