Bu gün axşam 1999FN53 asteroidi Yerin 10 milyon kilometr uzaqlığından keçəcək.
Axar.az xəbər verir ki, bu göy cisminin diametri 1,3 kilometrə bərabərdir. Buna görə də bu asteroid nə vaxtsa Yerə yaxınlaşan ən böyük asteroidlər sırasına daxildir. Kifayət qədər böyük olmasına və Yerə düşməsi nəticəsində böyük fəlakət yarada biləcəyinə baxmayaraq, 1999 FN53 hələlik bizim planet üçün təhlükə kəsb etmir. Bu asteroid hətta NASA-nın Yer ətrafındakı potensial təhlükəli obyektlər siyahısına da daxil deyil. Onun Yerə düşmə ehtimalı 1% təşkil edir.