500 metrlik “101955 Bennu” asteroidinin Yerlə toqquşması planetimiz üçün qorxunc bir son ola bilər.
Muxalifet.az xəbər verir ki, bu barədə “Layf” nəşri yazıb.Nyu Yorkdakı “Empire State” binasından daha böyük ölçülərə malik nəhəng asteroid artıq 2135-ci ildə Yerlə toqquşa bilər.
Elm adamlarının hesablamalarına görə, nəhəng kosmik obyektin kinetik zərbə enerjisi Xirosima və Naqasakiyə atılan atom bombalarının gücündən 80 min dəfə çox - ən azı 1200 megaton gücündə ola bilər.
Asteroidin hərəkət trayektoriyasının dəyişdirilərək yerlə toqquşmasının qarşısının alınması üçün alimlər hətta nüvə başlığı daşımaq imkanlarına sahib HAMMER adlı supergüclü raket (kosmik gəmi) hazırlamağı qərara alıblar. Alimlərin fikrincə belə bir kosmik aparat nəinki nəhəng asteroidin istiqamətini dəyişə, hətta onu qismən məhv edə bilər.