Məşhur şəxslərin tarixin tozlu səhifələrində qalan eşq məktubları yəqin ki, çoxları üçün maraqlı olar
Böyük şəxsiyyətlərin öz içlərində böyütdüyü qadınlara yazdıqları eşq məktublarını oxuyub heyrətlənməmək olmur. Hamısı buraya sığmadığı üçün 5 sənətkarın o gözəl cümlələrini oxuya bilərsiniz...Almandilli, yəhudi mənşəli yazıçı Frans Kafkadan Milenaya
“Gecənin bir vaxtıdır. Amma bütün günü sənə bir kəlmə belə yazmamağım məni narahat edir. Heç cür yata bilmirəm bu düşüncə ilə...
Səni itirməkdən elə qorxuram ki, Milena. Bəzən düşünürəm ki, əgər insanlar xoşbəxtlikdən ölə bilsəydilər mən çoxdan ölməli idim. Amma mən, əksinə, sənin verdiyin xoşbəxtlik sayəsində təkrar həyata döndüm...”
Türk şairi Cemal Süreyedan Zuhala
Şeirlərini oxumaqdan doya bilmədiyimiz insan necə də ürəkdən gələn xitablarla başlamış məktubuna.
''Həyatımsan. Bunu bilməni istəyirəm. İlk növbədə bunu bilməni. Bir də bir şeyi də istəyirəm biləsən: məndən nahaqdan, boş yerə şübhələnirsən. Sənə heç vaxt xəyanət etmədim. Edə bilmərəm. Gör neçə ildir bir yerdəyik, yan-yanayıq. Hələ də səndən başım dönür, səndən məstəm, sevirəm səni. Hər keçən gün daha böyük sevgi ilə. Nə olar, anla məni. Bu sevgimi xor görmə. Bu sətirləri ilk evimizin altındakı qəhvəxanada yazıram. Və mən səni o ilk günlərdəkindən daha böyük məhəbbətlə sevirəm''
Dünya musiqi tarixinin ən görkəmli bəstəkarlarından biri olan Bethovendən adını həmişə gizli saxladığı pünhan sevgisinə
Musiqini eşqlə yoğuran Bethoven illərcə aşiq olduğu qadına məktublar yazdı, ancaq adını bir dəfə də olsun çəkmədi.
''... Ah, tanrım, birini bu qədər sevən insan niyə sevdiyindən ayrı qalmalıdır ki. Və indi mənim həyatım alcaq, dözülməz bir həyatdır; sənin sevgin məni insanların ən xoşbəxti və ən bədbəxti edir; bu yaşda sakit və nizamlı bir həyata ehtiyacım var; münasibətimiz də belə ola bilərmi?
...
Məni sevməyə davam elə; eşqinin ən sadiq qəlbini əsla və əsla yalnış dəyərləndirmə. Həm sənin, həm mənim, həm bizim...''
Dahi Avstriya bəstəkarı Volfqanq Amadey Motsartdan Konstansiyaya
Motsartdan həyat yoldaşı Konstansiyaya məktub simfoniyası...
''Not. Son səhifəni yazarkən kağızın üzərinə bir-birinin ardınca göz yaşları düşməyə başladı. Amma nəşələnməliyəm - yaxala! - təəccüblü sayda öpüşlər süzür havada. Şeytan! Havada qaynayırlar! Ha!Ha!… Üçünü tutdum. İnanılmaz dərəcədə ləzzətlidir! Bu məktuba cavab verə bilərsən. Amma məktubunu Linz poçtu ilə göndərməlisən. Ən güvənli yol budur. Regensburqa gedib-getməyəcəyimi dəqiq bilmədiyimə görə, sənə də dəqiq bir şey demirəm. Zərfin üzərinə gəlib alınıncaya qədər gözlədilməsini yaz. Adieu.
Çox sevgili, sevgililərin sevgilisi kiçicik qadınım. Səhhətinə fikir ver; qəsəbədə dolaşmağı ağlından belə keçirmə. Lütfən yaz və yeni yerimizi necə tapdığını mənə anlat, Adieu. Səni milyonlarca dəfə öpürəm…''
Nazim Hikmətdən Pirayəyə
Böyük eşq, böyük yanğın! Sonu necə olursa olsun eşqini kəlmələrə tökərkən qadınını sonsuz xoşbəxt edən mükəmməl adam. Hər oxuduğumuzda dünyanı unuda biləcəyimiz cümlələr...
"Karıcığım,
Bu seferki ilk mektubuma senin için yazdığım bir şiir ile başlıyorum:
Saat dört yoksun, Saat beş yok
Altı,yedi ertesi gün ve belki kimbilir…
Hapishane avlusunda bir bahçemiz vardı.
Sıcak bir duvar dibinde on beş adım kadardı.
Gelirdin,yan yana otururduk,
Kırmızı ve kocaman muşamba torban dizlerinde…
Kuzum karıcığım, bu şiirleri iyi oku. Yazdıklarımın en ustaları değilse de en yalansızlarıdır. Seni nasıl yalansız, süssüz, sanatsız seviyorsam, bunlar da öyle…"
Qaziler.az