Gənc oğlan tanımadığı şəxsin avtomobilinin kapotunun altındakı öldürücü zəhərə malik ilanı çıxarıb.
Cənubi Afrika Respublikasının vətəndaşı Ceyson Arnold ilanların araşdırılmasından xoşlanır. O, tanımadığı bir sürücüyə avtomobilinin mühərrikindəki qara mambanı çıxarmağa kömək edib. İlan çox qorxub və insanlardan gizlənmək istəyib. Maşınından fısıltı eşidən avtomobil sahibi tərpənməyə belə qorxub.Ceyson cəld zəhərli ilanı maşından götürərək torbaya qoyub, sonra insanlardan uzaq bir yerdə azad buraxıb.
Qeyd edək ki, qara mamba dünyanın ən iti ilanlarından biridir və onun zəhəri böyük adamı 20 dəqiqə ərzində öldürə bilər.
Qaziler.az videonu təqdim edir: