"Qiyamət ssenarisi" reallaşır - 25 nəfər öldü / VİDEO

"Qiyamət ssenarisi" reallaşır - 25 nəfər öldü / VİDEO backend

Avropada 25 nəfərin ölümünə səbəb olan “Şərq Canavarı” soyuqlarının yaranma səbəbi məlum olub.

Köhnə qitədə sərt soyuqların yaranmasına Şimal Qütbündə temperaturun 25 dərəcə qalxması səbəb olub.Belə ki, temperatur -30 dərəcədən -25 dərəcəyə qalxıb. Hava kütlələrinin sirkulyasiyası bu vəziyyəti ortaya çıxarıb.

Qeyd edək bu son 117 ilin ən sərt soyuqlarıdır. Xarici mənbələr bu dəyişikliyi “Qiyamət ssenarisi gerçəkləşir” adlı başlıqla təqdim ediblər. Əlavə edək ki, bəzi alimlər dünyada ciddi tələfata yol açacaq hadisələr barədə danışarkən belə proqnozlar vermişdilər. Onlar iddia ediblər ki, qlobal isinmə Şimal Qütbündə temperaturun artmasına, köhnə qitədə isə azalmasına səbəb olacaq. Nəticədə iqlimin dəyişməsi minlərlə insanın həyatına son qoyacaq.

">



Metbuat.az
Diaspora