“Facebook”dan daha bir YENİLİK

“Facebook”dan daha bir YENİLİK backend

"Facebook" sosial şəbəkəsi istifadəçilərə öz xəbər lentində 3D postlar dərc etmək imkanı verən "gITF 2.0" formatını dəstəkləməyə başlayıb.

Trend-in məlumatına görə, bu yenilik sayəsində sosial şəbəkədə yerləşdirilən 3D obyektləri hər tərəfdən müşahidə etmək mümkün olacaq.

Qeyd olunur ki, artıq "Facebook"da LEGO-nun məhsulu olan tutuquşu, "Yura dövrü parkı" filmindən dinozavrı və digər obyektləri 3D formatda müşahidə etmək olar.

Gələcəkdə 3D postların daha da çoxalması üçün "Facebook" digər şirkətlərlə əməkdaşlığa başlayacaq.
Diaspora