Almaniyanın Alfred Vegener adına Qütb və Dəniz Tədqiqatları İnstitutu dünyanın ən təhlükəli 10 şəhərinin adını açıqlayıb.
Publika.az xarici mediaya istinadən xəbər verir ki, Türkiyənin İstanbul şəhərinin də olduğu siyahı zəlzələ, sunami və vulkan püskürmələri kimi təbii fəlakətlər nəzərə alınaraq hazırlanıb.Dünyanın ən təhlükəli on şəhəri aşağıdakılardır:
1.Tokio (Yaponiya): 38 milyon əhalisi olan şəhər son dərəcə aktiv tektonik fay xəttində yerləşir. Bura dünyada ən dağıdıcı zəlzələlərin olduğu bölgədir.
2.Osaka (Yaponiya): 11 milyon əhalisi olan şəhər Tokio kimi eyni təhlükəli zəlzələ xəttində yerləşir. Burada son böyük zəlzələ 1995-ci ildə baş verib və 6 mindən çox adam həyatını itirib.
3.Jakarta (Jakarta): 30 milyon əhalisi olan Jakarta da zəlzələ bölgəsində yerləşir. Jakartanın böyük hissəsi dəniz səviyyəsindən aşağıdadır. Bu isə şəhəri zəlzələdən sonra yarana biləcək sunami təhlükəsi ilə qarşı-qarşıya qoyur.
4.Naqoya (Yaponiya): Əhalisi 2,5 milyon olan Naqoya da Tokio və Osaka kimi zəlzələ bölgəsində yerləşir.
5.Los-Anceles (ABŞ): Əhali 12,8 milyon olan Los-Anceles aktiv tektonik fay xətti üzərində yerləşir. Bölgədə çoxlu sayda nüvə stansiyası var.
6.San-Francisko (ABŞ): Əhali 4,5 milyon olan San-FranSisko da aktiv tektonik fay xətti üzərindədir. 1906-cı ildə baş verən son böyük zəlzələdə 3 minə yaxın adam həyatını itirib. Zəlzələ mütəxəssislərinə görə, şəhərdə hər an yeni bir güclü zəlzələ ola bilər.
7.Tehran (İran): Əhalisi 8,5 milyon olan Tehran zəlzələ fay xəttinin üzərində yerləşir. Binaların zəlzələyə qarşı kifayət qədər davamlı olmaması təhlükəni artırır.
8.Manila (Filippin) : Əhalisi 11,9 milyon olan Manİla da eyni şəkildə böyük zəlzələ təhlükəsi olan şəhərlərdən biridir. Sıx əhalisi və zəlzələyə davamlı binaların az olması təhlükəni artırır.
9.İstanbul (Türkiyə): Əhalisi 14,3 milyon olan İstanbul Asiya və Avropa tektonik faylarının üzərində yerləşir. İstanbulda 2025-ci ilə qədər güclü zəlzələ baş verməsi ehtimalı olduqca yüksəkdir. Burada da əhalinin sıx olması və binaların zəlzələyə qarşı davamsız olması təhlükəni artırır.
10.Napoli (İtaliya): Əhali 1 milyon olan şəhərin altında böyük bir magma yatağı mövcuddur. Mütəxəssislər təzyiq altında olan magmanı super vulkan kimi qiymətləndirirlər. Napolidə yaxın vaxtlarda vulkanik partlayışın baş vermə ehtimalı yüksəkdir.