Rusiyada müxalifətçi Aleksey Navalnıyın quru adı belə əhalinin dadına çatır.
QAZİLER.AZ saytı “euronews” kanalına istinadən xəbər verir ki, Moskvalı bir xanım küçələrdən qarın təmizlənməməsindən narahat olaraq maraqlı bir addım atıb. O, Rusiyanın tanınmış müxalifətçinin soyadını günlərlə küçələrdə təmizlənməyən qarın üstünə yazıb. Məsələdən xəbər tutan şəhər təsərrüfatının işçiləri dərhal müxalifətçinin adını silmək üçün hərəkətə keçib. Beləliklə neçə gündür küçələrdə yığılıb qalmış qar təmizlənməyə başlanıb.Xatırladaq ki, müxalifətçi Aleksey Navalnıy 2018-ci il martın 18-də keçiriləcək Rusiya prezidenti seçkilərində namizəd olmaqdan məhrum edilib.
QAZİLER.AZ