Planetin ən yaşlı kişisi - İspaniyanın Badaxos vilayətinin Benvenida kəndindən olan Fransisko Nunyes Oliveyra 113 yaşında vəfat edib.
Qaziler.az bildirir ki, bu barədə The Local nəşri yazıb.Oliveyra 13 dekabr 1904-cü ildə doğulub.
Uzunömürlü heç vaxt öz səhhətindən şikayət etməyib, sümüklərini qırmayıb və yaxşı arterial təzyiqə malik olub. 90 yaşında onun böyrəyini çıxarıblar, 98 yaşında kataraktadan əməliyyat olunub, 108 yaşında sidik yolu infeksiyası ilə xəstəxanaya yerləşdirilib.
Uzunömürlünün dörd övladı, doqquz nəvəsi, 15 nəticəsi olub. Arvadının və oğlanlarının ölümündən sonra o, qızları - 81yaşlı Antoniya və 78 yaşlıMilaqrosla yaşayıb.
İsraildən olan İsrael Kriştalın ölümündən sonra ( 11 avqust, 2017-ci il) Oliveyra dünyanın ən yaşlı kişisi kimi tanınıb.
Ən uzun ömürlü tituluna yeni namizədlər - 25 iyul, 1905-ci ildə anadan olmuş yaponiyalı Masadzo Nonoka və 15 oktyabr, 1905-ci ildə anadan olan, alman Qustav Gernetdir.
Bir maraqlı məlumatı da bildirək ki, ötən ilin dekabrında verilən məlumata görə, Avropanın ən yaşlı sakini, ispaniyalı Ana Vela 117 yaşında vəfat edib.