Dünyanın 5 ən güclü öldürücü silahı - FOTO

Dünyanın 5 ən güclü öldürücü silahı - FOTO backend

Bu gün hamı nüvə silahı, sualtı qayıq və müasir təyarə görəndə heyrətlənir, halbuki müasir müharibə piyada qoşununun quruda hərəkətlərinə aiddir.

Qoşuna isə atıcı silah lazımdır.

Ölkələr arasında güclü rəqabət getdiyi üçün müasir müharibənin xarakterində son yüz il ərzində ciddi dəyişikliklər olub. İndi hər bir ölkənin arsenalında 1914-cü ildə olmayan raketlər, tanklar, təyyarələr, sualtı qayıqlar mövcüddur.

Lakin İkinci Dünya müharibəsində iştirak edən ordular nə qədər yüksək texnologiyaya sahib olursa olsun, piyada qoşununun bu və ya digər formasında iştiraksı yoxdursa, bu, çatışmazlıq hesab edilir.

Beləliklə, FaktXəbər oxucularına dünyada beş ən öldürücü atıcı silahı təqdim edirik.



AK-47 avtomatı

AK-47 avtomatların şahı sayılır. Dünyanın bir çox ölkələrinin ordularında istifadə olunur. Demək olar ki, bu avtomat dünyada ən tanınmış simvollardan biridir. “Kalaşnikov” güclü öldürücü üstünlüyə malik olduğu üçün hazırda bu silahdan PKK, İŞİD, Taliban və Ukrayna münaqişəsində hər iki tərəf istifadə edir.

“Qırmızı Ordu”nun zabiti Mixayil Kalaşnikov tərəfindən hazırlanmış AK-47 dünyada silahlandırılmaya qəbul edilmiş standart nümunəli ilk avtomatıdır. Onda yeni 7,62 mm kalibr olan patron istifadə edilir.

Kalaşnikov ən sadə konstruksiyasına görə uzunömürlü oldu. İstifadəsi olduqca asandır. Bir neçə saniyəyə yığılıb-sökülür. Boş maqazinlə çəkisi 4.3 kq-dır. Dəqiqədə 600 atış edir. Gülləsinin balanğıc sürəti 715m/s-dir. Effektiv məsafəsi 100-800 metrdir.



M16 avtomatı


Bu avtomatın çəkisi 3,99 kq təşkil edir. Darağa 30 güllə yerləşir. Tüfəngin atış məsafəsi 550 metr təşkil edir. Dəqiqədə 12-15 gülləyədək atır.

M16 zaman keçdikcə etibarlı silah oldu. Modulyar konstruksiyasına görə karabindən tutmuş avtomata qədər müxtəlif modifikasiyalarda piyada qoşunun ixtiyarındadır. M16 həm avtomat, həm də snayper kimi mövcuddur. Həmçinin son illərdə silaha federal qadağanın ləğvindən sonra onun vətəndaşlar üçün nəzərdə tutulan yeni versiyası da çıxıb.



M240 pulemyotu


Bu orta kalibrlı avtomatik silah ABŞ-ın quru və dəniz piyada qoşununun və həmçinin 68 ölkənin silahlanmasındadır.

M240 1950-ci ildə Belçikanın Fabrique Nationale silah şirkətinin tərəfindən hazırlanmış FN-MAG pulyemyotunun Amerika versiyasıdır. Bu məşhur pulyemyot CAR-dan Folklendə və Əfqanıstandan İraqa qədər istifadə olunub.

M240 tək hədəflərə və rəqibin yüngül nəqliyyat vasitələrinə atəş açmaq üçün nəzərdə tutulub. Pulyemyotun atış məsafəsi 1800 metrdir. Onun 12 kq-a yaxın çəkisi var. Ehtiyyat lüləsini və digər hissələrini nəzərə alsaq, M240-ın ümumi çəkisi 21 kq-a kimi təşkil edə bilər. Pulyemyot dəqiqədə hissələri qızdırmadan 100 atış edə bilir. Onun tezatma qabiliyyəti isə dəqiqədə 650 atış təşkil edir. Lakin pulyemyotun həddən artıq qızması qaçılmazdır.



PK pulyemyotu

PK pulyemyotunu da Mixayıl Kalaşnikov düzəldib. PK AK kimi bütün dünyada geniş şəkildə istifadə olunur. AK və PK arasında oxşarlıqlar çoxdur. Məsələn, hər ikisində eyni nişan və eyni döyüş sursatları mövcüddur. Bu pulyemyot vasitəsilə helikopter və pilotsuz təyyarəni vurmaq mümkündür.



QBZ-95 avtomatı


QBZ-95 avtomat tüfəngi Çin ordusunun ixtiyarındadır. QBZ-95 silahının tətiyi irəli çixarılaraq, daraq önündə yerləşdirilib. Bu tufəngi daha qısa edir. Nəticədə bu silahın lüləsi M4-dən 9 sm uzun, lakin ümumilikdə ondan qısadır. QBZ-95 avtomatının iki variantı var: qısaldılmış və atışın gücünü artırmaq üçün uzadılmış gövdə ilə. Tüfəngdə 5,8 mm kalibr unikal döyüş gülləsi istifadə olunur.







Diaspora