Tülkü meşədən çıxaraq Kamçatkanın Elizovo kəndində pişiyin yeməyini əlindən alıb.
Qaziler.az Rusiya mətbuatına istinadən bildirir ki, aclıq vəhşi tülkünü insanlardan yemək axtarmaq üçün Elizovo qəsəbəsinə gəlməyə məcbur edib.O yemi pişiyin kasasında tapa bilib. Bu həyasızlıq yerli, həyətdəki heyvanları özündən çıxarıb. Lakin nə pişiyin fınxırtısı, nə də itin hürməyi tülkünü qorxutmayıb. Necə deyərlər, ac qılınca çapar.
Ev sahibləri də evdə olub və onlar bunun əleyhinə olmayaraq hətta yırtıcı heyvanı cəsarətləndiriblər.
Uğurlu vəziyyətdən istifadə edən tülkü doyana qədər yeyib.
Qaziler.az videonu təqdim edir: