Moderator.az paralel aləmdə yaşadıqları deyilən, başqa planet varlıqları –ananukilər barəsində qısa bilgiləndirici faktı təqdim edir:
Yadplanetlilərin Yer kürəsinə gəlib-getmələri Yerdəki sivilizasiyanın başlanğıc tarixindən də əvvəllərə gedib çıxır. İndiki bəşəriyyətdən əvvəlki sivilizasiyaların nişanələrinin qalması bunu sübut edir. Misirdə, Meksikada, Çində, Hindistanda və başqa qədim tarixi məkanlarda daha qədim sivilizasiyaların nişanələri var. Misirdəki Ehramlar kainatdan gəlmiş anunakilər (fəzadan gəlmiş yadplanetlilərin) tərəfindən inşa edildiyi barədə məlumatlar var. Bu ehramlar Yer kürəsinin çox yerində var və vaxtı ilə onlar enerji mübadiləsi üçün nəzərdə tutulub (antenalar). Anunakilərin min illər öncə Mesopatomiyada yüz min illərlə yaşaması, qızıl mədənlərində qızılı emal edib öz planetlərinin atmosferinə səpmələri, gen mühəndislərinin yaratdığı möcüzələr sübut edir ki, əvvəllər Yerdə inkişaf etmiş sivilizasiyalar olub.Yadplanetlilərin indi də Yer kürəsinin müxtəlif nöqtələrinə gəlib-getməsi, dağların, okeanların, dənizlərin altında məskunlaşması haqqında olan məlumatlar var. Bəzi mənbələrdə hətta anunakilərin min illər öncə Yer kürəsini suya qərq edib getmələri barədə məlumatlar yer alıb. Nuhun gəmisi əfsanəsin da buradan yarandığı deyilir, ancaq Yer kürəsində olan ufoloji sirlərin böyük əksəriyyəti hələ bu sahə ilə məşğul olan alimlər və elmi tədqiqat institutları, ufoloqlar tərəfindən tam açılmayıb və açılan sirlər varsa da onlar açıqlanmayıb. Bir məsələni də qeyd etmək istərdik ki, bəşəriyyətin təfəkkürü hələ bu məsələlərə hazır deyil və texnogen inkişafın, radikal dini təsirlərin də kosmik təfəkkürün formalaşmasına mənfi təsiri az deyil. Ancaq göyə baxmaq, onun sirləri haqqında düşünmək, araşdırmaq məncə, insanın kainatda tək olmadığı qənaətinə gəlmək pis deyil.