Ölən şəxsin qızıl əşyasını taxmaq olarmı?

Ölən şəxsin qızıl əşyasını taxmaq olarmı? backend

Qiymətli metallardan olan zərgərlik məmulatları adətən dünyasını dəyişmiş insanların xatirəsinə çevrilir.

Qaziler.az Rusiya mətbuatına istinadən bununla bağlı ekstrasens və psixoloqların fikrini təqdim edir.

Bir insan öldükdən sonra qızıl-zinət əşyaları irsən onun yaxın adamlarına keçir.

Heç kimə sirr deyil ki, bu əşyalar onun sahibi haqda məlumatları qoruyub saxlayır. Ekstrasenslər, psixoloqlar ölən şəxsin istənilən əşyasından istifadə etməməyi məsləhət görürlər.

Lakin dünyasını dəyişmiş şəxsin qızılını bəzi hallarda taxmaq olar. Məsələn, əgər ölən şəxs bəzək əşyasından nadir hallarda istifadə edib və ya özündən ayrı saxlayıbsa...

Həmin şəxs ölərkən qızıl bəzək əşyası onun üzərində olubsa ondan qəti olaraq istifadə etmək olmaz.

Psixoloqların fikrincə, ölən şəxsin bəzək əşyasını taxmaq insanın psixoloji durumuna təsir edə bilər.

Hər bir əşya təhtəlşüur səviyyədə müəyyən xatirələrlə bağlıdır. Ölən qohumun bəzək əşyası həmişə insana onun ölümünü xatırladacaq və beləliklə, müəyyən müddətdən sonra neqativ fikirlər və emosiyalar meydana gələcək.

Ölən şəxsin əşyasını istifadə etməzdən öncə bir qədər gözləmək yaxşı olar. Əgər ölən yaxın qohumun itkisi çox ağırdırsa bəzək əşyasını bir müddət mücrüdə saxlamaq məsləhətdir.

Ekstrasenslər dünyasını dəyişmiş şəxsin qızılını istifadədən ehtiyatlanmağı məsləhət görürlər. Onların fikrincə, qızıl insanın enerjisini özündə saxlaya bilir. Beləliklə, zinət əşyasının yeni sahibi uğursuzluğa və xəstəliyə düçar ola bilər.

Diaspora