Şotlandiyalı əsgər Con Makkeyin və onun nasist konslagerindən xilas etdiyi yəhudi qız Edit Ştaynerin məhəbbəti ölümsüzdür.
Gənclər faciəvi şəraitdə görüşüblər. Lakin onların sevgisi çətinlikləri aşaraq romantik hisslərini qoruyub saxlaya bilib. Cütlük bütün ömür boyu bir yerdə yaşayıb. Onlar nikahlarının 71-ci ildönümünü qeyd etməyi planlaşdırmışdılar, lakin Edit elə bu ərəfədə ölür...Con Makkey Polşanın ərazisində olan Osvensim ölüm düşərgəsindən əsirləri xilas edən əsgərlərdən biri idi. Xilas edilənlər arasında 20 yaşlı Edit Ştayner də var idi. Onun anasından başqa bütün qohumları qaz kameralarına göndərilmiş, ailəsindən 39 nəfər nasistlər tərəfindən qəddarlıqla öldürülmüşdü.
...Əsirlərin xilas edilməsi ilə bağlı təşkil edilmiş şənlikdə Con gözlərini Editdən ayıra bildmirdi. Qıza yaxınlaşmağa cəsarət etməyən Con dostundan Editin onunla oynamağa razı olub-olmadığını soruşmağı xahiş edir. Edit isə sərt cavab verir: o, etiraz etmir, lakin əgər Conun cəsarəti çatıb onu özü dəvət etsə...Con və Editin çox on illər davam edən sevgi tarixçəsi belə başlayıb.
Gənclərin toyu Makkeyin vətəni Şotlandiyada baş tutur. Toy 1946-cı il iyul ayının 17-də keçirilir və sevgililər bir daha ayrılmırlar. Onların iki övladı, yeddi nəvəsi və beş nəticəsi olur. Cütlük pensiyaya çıxana qədər oteldə çalışıb. Həyatlarının son illərini Con və Edit qocalar evində keçiriblər.
Qızları Şeron Makkeyin sözlərinə görə, Edit Ştayner Osvensimdə altı həftə qalıb. Edit və ailəsi macar şəhəri olan Sekeşfegervar şəhərindəndir. Onların yaşamaq şansı demək olar ki, yox idi: qaz kameralarına göndərilənlər həmin vaxtda öldülər, Editlə anası isə xoşbəxtlikdən azadlığı görə bilən, azad edilən əsirlərdən oldular.
Con və Edt son günə qədər bir-birinin qayğısına qalaraq birgə xoşbəxt ömür yaşadılar.
Edit 92 yaşında ölərkən Con onun yanında olub. Təqribən bir həftədən sonra onlar evliliklərinin 71-ci ildönümünü qeyd edəcəkdilər...
Qaziler.az