Dünyanın ən müəmmalı hadisələri:Qəbiristanlıqdan qeyb olmuş qəbirlərin sirri

Dünyanın ən müəmmalı hadisələri:Qəbiristanlıqdan qeyb olmuş qəbirlərin sirri backend

Əcdadalrımızın nə vaxtsa “şeytan əməli” adlandırdığı hadisələri çağdaş alimlər “dərkolunmaz” sahəyə aid edirlər. Düzdür, onlar hər halda bu dərkedilməzin səbəbini izah edə bilmirlər.

Taos gurultusu

Mühərrikin və yaxud qazma qurğusunun necə işlədiyini eşidibsənmi? Məhz bu cür xoşagəlməz gurultu Amerikanın Taos şəhəri sakinlərinin rahatlığını pozur. Çöllükdən gələn anlaşılmaz uğultu ilk dəfə 18 il əvvəl meydana çıxıb və o vaxtdan müntəzəm şəkildə təkrar-təkrar peyda olur. Şəhər sakinləri araşdırma aparmaq xahişi ilə hökumətə müraciət edərkən aydınlaşıb ki, gurultu sanki yerin təkindən gəlir, lokasiya cihazları onu qeydə ala bilmir və onu şəhər sakinlərinin yalnız 2%-i eşidir. Bu cür fenomen planetin başqa yerlərində də müşahidə olunur. Xüsusən Avropa ərazisində tez-tez əmələ gəlir. Taos gurultusunda olduğu kimi onun yaranma səbəbi və qaynağı indiyədək aşkarlanmayıb.

Xəyali oxşarlar

İnsanların öz oxşarları ilə rastlaşdığı hadisələr nadir hal deyil. Doppelgengerlər (bu ona görədir ki, iki dəfə dalbadal “oxşarlar” yazmayaq) haqda əhvalatlar həm tibbi praktikada, həm də tarixi sənəd və ədəbi əsərlərdə var. Gi de Mopassan öz oxşarı ilə rastlaşdığı haqda dostlarına danışıb. Riyaziyyatçı Dekart, fransız yazıçı Jorj Sand, ingilis yazışı və şairləri Şelli, Bayron, Valter Skott da öz surətləri ilə üzləşiblər. Dostoyevskinin “Oxşar” povestini heç yada da salmayacağıq.

Lakin doppelgengerlər adi peşə adamlarına da baş çəkirlər. Budur, doktor Edvard Podolskinin topladığı əhvalatlar. Bir qadın güzgü qabağında bəzənərkən öz oxşarını görüb. Bağda işləyən kişi yanında onun bütün hərəkətlərini təkrarlayan eynilə öz surətini görüb.

Alimlər ehtimal edirlər ki, oxşarların sirri beynimizdə gizlənə bilər. Sinir sistemimiz informasiyanı işləyərkən elmə bilinməz səbəblər üzündən gerçək və astral obrazlara bölünən bədənin fəza sxemini yaradır. Təəssüf ki, bu ancaq mülahizədir.

Ölümdən sonra həyat

Qaranlıq tunelin sonunda işıq, işıqsaçan qeyri-adi varlıq, çağıran səs, artıq dünyasını dəyişənlərin kabusları – “dirilənlərin” (başqa sözlə, klinik ölüm keçirənlərin) sözlərinə görə, insanı o dünyada, bax, bunlar gözləyir.

Axirət dünyasının gerçəkliyinin sübutlarından biri Uilyam Ceymsin medium Leonora Payperin iştirakı ilə apardığı araşdırma olub. Həkim on il müddətində Leomoranın gah hindu qız Hlorinin, gah komandor Vanderbilt, gah Lonqefollo, gah İohan Sebestyan Bax, gah da aktrisa Siddonsun adından danışdığı spritik seanslar təşkil edib. Həkim tamaşaçıları – jurnalistləri, alimləri, digər mediumları öz seanslarına dəvət edib ki, ölülər dünyası ilə ünsiyyətin həqiqətən baş verdiyini təsdiqləyə bilsinlər.

Təəssüf ki, bu haqda hələlik heç bir elmi fakt mövcud deyil. Burası da var ki, bəlkə, bu yaxşlığa sarıdır?

Səs-küylü ruh

Poltergeyst izaholunmaz fenomen və eyni zamanda sarı mətbuatın daimi qəhrəmanıdır. “Cin Kapotnada ailənin maaşını oğurlayıb və divara nalayiq sözlər yazıb”, “Cin üç uşaq atası oldu” – auditoruiya bu və bu kimi başlıqlarla indiyədək müntəzəm şəkildə gəzdirilir.

Poltergeyst haqda ilk dəfə, demək olar, iki min il qabaq gözəgörünməz kiminsə Roma əsgərlərinə daş atdığını görmüş Tit Livi xatırladıb. Bu hadisədən sdonra poltergeystin peyda oluşu hələ xeyli dəfələrlə təsvir olunub. Bu fenomen barədə xatırlatma hətta bir Fransa monastrının salnaməsində də qeydə alınıb. Salnaməçinin sözlərinə görə, 1612-ci il sentyabrın 16-da qugenot keşiş Fransua Perronun evində nəsə ağlasığmaz bir əhvalat baş verib. Hər şey bundan başlanıb ki, pəncərə pərdələri gecəyarısı öz-özünə tərpənməyə başlayıb və kimsə çarpayılardan mələfələri dartışdırıb yerə töküb. Evin müxtəlif hissəslərində güclü səs-küy qopub, mətbəxdə isə kimsə qab-qacağı tulazlayıb. Poltergheyst təkcə evi səliqəli şəkildə dağıtmayıb, həm də şiddətl söyüşlər söyüb. Kilsə qərara gəlib ki, günahkar qugenotun evində iblis məskunlaşıb, Martin Lüter isə sonralar “ədəbsiz ruh”u poltergeyst adlandırmağı təklif edib. 375 ildən sonra SSRİ-də ona “damdabaca” deyəcəklər.

Səmadakı əlamətlər

Tarixə əsasən, buludlar təkcə ağyallı atlar deyil. Əyyami-qədimdən səmada qəflətən yaranan tam bir mənzərə, mənası olan rəqəmlər haqda şahidlərin ifadələri qorunub saxlanıb. Əfsanəyə görə, bu cür səma görüntülərindən biri Yuli Sezara qələbə xəbəri verib, bir başqası isə – ağ xaçlı qanlı-qırmızşı bayraq geri çəkilən Danimarka qoşunlarına güc verib və bütpərəst estonlar üzərində qələbə çalmağa yardım edib. Alimlər səmadakı bu cür təsvirlərə şübhə ilə yanaşır və onalrın əmələ gəlməyində bir neçə səbəb irəli sürürlər. Bu gün təyyarə qazı göydə müxtəlif fiqurlar yarada bilər. Təyyarə yanacağı alışmadan sonra atmosferə dərhal buz kristallara dönən su buxarları atılır. Hava burulğanlarının tutduğu bu kristallar özünü olduqca gözlənilməz aparır və müxtəlif fiqurlar yarada bilər.

Eyni zamanda hava öz spesifik özəlliklərinə görə bəzən Yer kürəsində baş verənləri əks etdirmək imkanı qazanır.

Azan qəbirlər fenomeni

1928-ci ildə Şotlandiyanın bütün qəzetləri balaca şəhərcik Hlenisvilldəki qəbiristanlıqdan qeyb olmuş qəbir haqda xəbərlərlə bərq vururdu. Mərhumu ziyarət etməyə gəlmiş qohumları məzar daşlarının yerində boş yer görmüşdülər. Qəbiri tapmaq isə mümkün olmadı.

1989-cu ildə Kanzas fermalarından birində heyvan mağarının ortasında bir gecədə əyilmiş və çat vermiş qəbirli təpə ucalıb. Sal daşların pis vəziyyətdə olması üzündən oradakı adı oxumaq mümkün olmayıb. Lakin qəbri qazarkən onda insan sümükləri ilə tabut aşklarlanıb.

Afrika və Polineziyanın bəzi tayfalarında bu müəmma adi məsələ sayılır. Orada təzə qəbiri ağac şirəsi ilə sulamaq və üzərinə balıqqulağı qoymaq ənənəsi var. Kahinlərin sözlərinə görə, bunu qəbirin “çıxıb getməməyi” üçün edirlər.

Pirokinez


Naməlum mənşəli alovun bürüdüyü adamların cəmi bir neçə dəqiqəyə külə çevrildiyi hallar lap çoxdan məlumdur. Lakin bu fenomen az-az meydana çıxır: bütün keçən əsrboyu dünyada cəmi 19 pirokinez hadisəsi qeydə alınıb. Bu niyə baş verir və başlıcası, niyə alov çox vaxt ətrafdakı obyektlərə keçmir? Alimlər bunu izah edə bilmirlər.

1969-cu ildə öz avtomobilində ölmüş bir nəfər aşkarlanıb. Onun üzü və əlləri yanmışdı, amma saçına və qaşına toxunmamışdı.

Kanadanın Albert əyalətində isə tamamilə fantastik hadisə baş verib. İki bacı şəhərin müxtəlif hissələrində bir-birindən bir kilometr məsafədə yerləşməklə eyni zamanda od tutub.

Pirokinezin yaranması haqda versiyalar lap fantastikdir. Bəzi həkimlər öz-özünə alışmanı adamalrn daxili durumu ilə izah etməyə cəhd edirlər. Çünki məlumdur ki, qurbanların əksəriyyəti uzun müddət depressiyada olub. Başqaları hesab edirlər ki, pirokinezin təsiri altına əsasən əyyaşlar düşürlər. Onların bədəninə o qədər spirt hopur ki, cüzi qığılcımdan alışa bilər – xüsusən də siqaret çəkirsə.


Tərcümə Strateq.az-ındır.
Diaspora