Koreyalıların şüşə kimi hamar dərisinin və cavan GÖRÜNMƏSİNİN SİRRİ

Koreyalıların şüşə kimi hamar dərisinin və cavan GÖRÜNMƏSİNİN SİRRİ backend

40 yaşında dəri artıq elastikliyini itirir.

Çoxları düşünür ki, yaşlılıq əleyhinə bahalı fransız kosmetikaları bu problemi aradan qaldıra bilər. Halbuki, belə deyil. Koreyalarıların dəri baxım məhsulları çoxdan dünya üzrə birincilik qazanıb. Təəccüblü deyil ki, koreyalı qadınlar yaşından çox cavan qalır. Çünki onlar əbədi gəncliyin sirlərini bilirlər.

Publika.az bu yazıda oxucuları əbədi gənclik sirləri ilə tanış edib.

Cənubi Koreyada hər kəs hesab edir ki, ideal dəri şüşə kimi hamar olmalıdır. Bu, bizim üçün qəribə səslənsə də, koreyalılar nəzakətlə izah edirlər ki, burada söhbət hamarlıq və təbii parıltıdan gedir. Koreyalıların gözəllik trendi də elə hamar dəridir. Lakin yağlı dəri ilə təbii parıltılını qarışıq salmaq olmaz.

Cənubi Koreya əbədi gənclik və dəriyə qulluq haqqında hər şeyi bilir. Yerli qadınlar amerikalı və avropalıların yeni-yeni öyrəndiyi sadə oyunu çoxdan başa düşüblər. Çünki nurlu və parıltılı dəri üzdə olan digər çatışmazlıqları vizual olaraq azaldır. Ona görə də böyüklü-kiçikli - hamı "şüşə dəri"adlı ideal gözəlliyə nail olmağa çalışır.

Nəmləndirmə yolu ilə bir neçə mərhələdə parıltılı dəriyə sahib olmaq mümkündür. Bunun üçün yağlı kremlərdən istifadə etməyə ehtiyac yoxdur.

Koreyalı qadınlar yüngül teksturalı nəmləndirici kremlərə üstünlük verir. Səhər yuxudan duranda üzlərini pilinq edir, sonra vitaminli gel zərdabı və ya hialuron turşusu çəkirlər. Bu üsulu 10 dəqiqəlik parça maskası ilə əvəz etmək olar. Sonda üzü yüngül gellə nəmləndirirlər. Həmçinin günəşin zərərli şüalarından qoruyan kremlər haqqında unutmaq olmaz. Qırışların yaranmasının qarşısını almaq üçün hər səhər bir neçə məhsul istifadə etmək lazım gələcək. Bəli, buna çox vaxt və vəsait ayırmaq gərəkdir, lakin əvəzində dəriyə aydınlıq verən məhsullardan istifadə etməyəcəksiniz.
Diaspora