Rusiyanın ən böyük almaz istehsalçısı olan “Alrosa” şirkəti 76,06 karatlıq almaz tapdığını açıqlayıb.
QAZİLER.AZ Lent.az-a istinadla bildirir ki, 430 min dollar dəyəri olan almaz daşın hərracda dəyərinin 2 qatına satılacağı güman edilir. Rusiyanın Yubileynaya mədənlərində aparılan qazıntı işləri zamanı tapılan daşa “Zəfər” adı verilib. Normal hallarda böyü ölçüdə almaz daş tapmaq çox çətin olsa da, şirkət son iki ildə dördüncü dəfədir ki, iri ölçülü almaz qaş tapıb.2014-cü ildə iri ölçülü almaz daş tapılmışdı. 128 karatlıq dəyərli daş 1,8 milyon dollara satılmışdı. 2014-cü ildə 36 milyon karatlıq almaz daş-qaş satan şirkət, 2015-ci ildə bu rəqəmi 40 milyona çıxarmağı planlaşdırır. Dünyanın ən böyük almaz istehsalçısı olan “Alrosa” şirkəti dünyanın almaz ehtiyatının 25%-ni qarşılayır. Şirkət il ərzində 4,5 milyarda dollar qazanır.