Uzunömürlü və sağlam olmaq istəyənlər oxusun - KRALİÇANIN MENYUSU

Uzunömürlü və sağlam olmaq istəyənlər oxusun - KRALİÇANIN MENYUSU backend

Kral ailəsinin cavanlıq və təravəti saxlamaq üçün hansı ərzaqlardan istifadə etdiyini bilmək yəqin ki, sizincün də maraqlı olar.

Qaziler.az Rusiya mətbuatına istinadən İngiltərə kraliçası II Yelizavetanın yemək rasionunun sirlərini açır. Görəsən əlahəzrət özünü daim yaxşı hiss eləmək üçün hansı yeməklərə üstünlük verir.

Sən demə, Yelizaveta öz rasionundan 9 ərzağı tamamilə çıxarıb.

Kraliça heç vaxt bunları yemir

Makaron



Yelizaveta heç vaxt pasta, spagetti və tərkibində kraxmal olan digər italyan yeməklərindən istifadə etmir.

Kartof



Kraliçanın süfrəsində heç bir halda kartof ola bilməz. Çünki makaron kimi bu tərəvəzin tərkibində kraxmal var.

Qanlı bifşteks



Kraliçanın süfrəsinə həmçinin tezqızaran ət verilmir. O, ikinci yemək kimi qrildə hazırlanan ət məhsullarına üstünlük verir. Ət üçün ideal qarnir isə tərəvəzlər, ispanaqdan, qabaqdan və brakkolidən hazırlanmış tərəvəz salatlarıdır.

Toyuq yumurtası



Sən demə, Yelizaveta ağ yumurtadan hazırlanmış yeməklərdən qəti olaraq imtina edib. Kral aşpazı Britaniya başçısının stolu üçün yalnız qırmızı yumurtadan istifadə edir.

Soğan və sarımsaq



Soğan və sarımsağın istifadəsi nəzərdə tutulan hətta ən orijinal reseptdən də bu məhsulları çıxarmaq lazım gəlir. Bir dəfə saray aşpazı zarafatla deyib ki, soğan və sarımsaq krallığın gəyirtisinin səbəbi ola bilər.

Qabıqlı çörək



Yelizaveta təkidlə aşpazdan xahiş edir ki, çox sevdiyi cemli sendviçi hazırlayarkən çörəyin qabığını kəsib götürsün.

Mövsümü olmayan məhsullar



Mövsümü olmayan tərəvəz, meyvə və giləmeyvələr kraliçanın süfrəsi üçün nəzərdə tutulmur. Əlahəzrət sağlam qidalanma prinsipinə riayət erməyə çalışır. Ona görə də belə meyvələr ancaq mövsümündə yeyilir.

Yelizaveta manqonu çox sevir. Bu dadlı meyvə saray mətbəxinə yanvardan maya qədər Tailanddan, avqustan oktyabra qədər Misirdən gətirilir.

Banan



Kraliça sevdiyi bananı bütöv yemir. Onun fikrincə bu, kifayət qədər zərif görünmür. Ona görə də Yelizaveta bananı xırda tikələrlə çəngəl vasitəsilə yeyir.

Şirin çay



Əgər siz qədim ingilis çayiçmə ənənəsini təkrarlamaq istəyirsinizsə bu möhtəşəm içkiyə qənd atmayın, ora süd əlavə edin və yaxud çayı kraliçanın sevimli şokoladı ilə için.

Siz artıq bilirsiniz ki, kraliça uzun və sağlam yaşamaq üçün hansı ərzaqlardan imtina edir.

Arzu Səlim





Diaspora