Həyat qeyri-sabitdir və hər gün elə hadisələr baş verir ki, bəzən gələcəyə dair bütün planlar əsaslı şəkildə dəyişir.
Amma münəccimlərin zodiak işarələri üçün hazırladığı proqnoz və şərq müdrikliyi dəyişməz olaraq qalır. Ulduz falı kömək edir ki, bizi gözləyən hadisələrlə, hətta ən ehtiyatlı məsələlərlə əvvəlcədən tanış olaq.Publika.az bu yazıda oxucuları astroloqların bürclərə görə 2018-ci il üçün hazırladığı maliyyə proqnozu ilə tanış edib.
Hansı bürclərin maddi baxımdan 2018-ci ildə bəxti gətirəcək?
Məlum olduğu kimi 2018-ci ilin simvolu Sarı İtdir. Şərq təqviminə görə, Sarı İt maliyyə sabitliyinin rəmizidir, odur ki, ilin hamisi işləmək istəyən adamlara havadarlıq edəcək. Xüsusilə dözümlü və əməkevər insanlar üçün daha uğurlu olacaq.
2018-ci il bu vaxta qədər səssiz-səmirsiz, ancaq öz peşə vəzifələrini ləyaqətlə və düzgün yerinə yetirən şəxslər üçün düşərli olacaq. Maliyyə baxımından ən bəxtəvər zodiak nişanları Buğa, Xərçəng, Oğlaq və Dolça bürcü olacaq. Qoç, Tərəzi və Balıq bürcləri isə istədiyi nəticəni qazanmaq üçün bir az daha səbrli davranmalıdır. Əkizlər və Əqrəblər mənfi xüsusiyyətlərini aradan qaldırmağa mane olan daxili önyarqılarına qalib gəlsələr, uğura müvəffəq olacaqlar. Şirlər, Qızlar və Oxatanlar maddi baxımdan stabil il keçirəcəklər.
Qoç
Hələ ilin əvvəlində seçdiyi davranış strategiyası 2018-ci ildə Qoçlar üçün həlledici olacaq. Əgər doğru istiqaməti seçməsəniz, onda bütün ili yalnız vaxt aparan, səbir tələb edən və yığılıb qalmış lazımsız problemlərin həlli ilə məşğul olacaqsınız. Sizə nə lazım olduğuna qərar verin və həmin məqsədə doğru inamla gedin.
Buğa
Həmkarlarıyla daimi iş intriqaları onları əsas vəzifələrindən ayırmasına baxmayaraq, Buğalar gələn il təxribatlara cavab verməmək və fikrini daha mühüm vəzifələrə cəmləşdirmək üçün özlərində güc tapa biləcəklər. Verilən vaxtdan düzgün istifadə etməklə siz çox məhsuldar ola bilərsiniz. Təbii ki, bu amil maddi rifahın yaxşılaşdırılmasına mütləq öz təsirini göstərəcək.
Əkizlər
Əkizlər öz mənfi tərəflərini idarə etməyi öyrənənə qədər 2018-ci ildə əldə edilən maliyyə uğurları elə də gözəçarpan olmayacaq. Əgər maddi vəziyyətinizi düzəltmək istəyirsinizsə, özünüzə nəzarət etməyi, nizam-intizam qaydalarını pozmamağı öyrənməlisiniz.
Xərçəng
Digər bürclərdən fərqli olaraq Xərçənglər kefindən deyil, ehtiyacı olduğu üçün maddi durumunu düzəltmək haqqında düşünməli olacaq. Xüsusilə ilin birinci yarısında Xərçənglərin çoxlu xərcləri çıxacaq, bu da onları öz gəlirləri haqqında daha çox düşünməyə məcbur edəcək.
Şir
Doğuşdan sahib olduqları intiusiya Şirləri işgüzar məsələlərin həllində onlara lazım olan insanları tapmaqda kömək edəcək. Ünsiyyət və tanışlıqlar Şir bürclərinin 2018-ci ildə maddi nemətlərə nail olması üçün həlledici rol oynayacaq.
Qız
Əgər Qızlar dəyişməsi istiqamətində əsaslı addımlar atmazlarsa, onda böyük ehtimal ki, onların maddi vəziyyəti bir neçə il dəyişməz olaraq qalacaq. Qız bürcünün indiki durumundan tam razı olan nümayəndələrini bu, ancaq sevindirə bilər. Varlanmaq istəyənlərsə təhsil və özünü inkişaf etdirməklə məşğul olmağa məcbur qalacaqlar.
Tərəzi
Həqiqətən də qızıl ortanı tapmaq üçün hansı istiqamətə tərəf hərəkət etmək lazım olduğunu tapmaq çətin olacaq. Çox güman ki, Tərəzilər ilin birinci yarısını məqsədlər axtarışına çıxacaq. Bundan sonra onları maddi məsələlərə baxışını dəyişdirən və həyati suallar üzərində düşünməyə məcbur edəcək müəyyən görüşlər gözləyir.
Əqrəb
Qarşıya qoyulan məqsədə planlı şəkildə addımlamaq Əqrəblərə həyatdakı mövqelərinin nə qədər möhkəm olduğunu anlamağa kömək edəcək. Ola bilsin ki, 2018-ci ildə bəzi məsələlər haqqında fikriniz əsaslı sürətdə dəyişsin. Ulduzlar deyir ki, siz bu il özünüz üçün mənfəət fəaliyyətinin yeni növünü kəşf edəcəksiniz.
Oxatan
Bu zodiak işarəsini çox zəngin və birmənalı dövr gözləyir. Yoldaşlarınız tərəfindən ikitirəlik yaranmaqdadır ki, bu da həyatınızda özünü mütləq göstərəcək. Yaranmış vəziyyət sizin üçün pis olacaq, ancaq əvəzində pul əldə etmənin başqa üsullarını öyrənəcəksiniz. Bu da öz növbəsində sizin üçün yeni perspektivlər açacaq.
Oğlaq
Oğlaqlar yaxşı bilirlər ki, qarşıya qoyulan məqsədə doğru necə irəliləmək lazımdır. Bununla belə onlar da bəzən ətrafdakıların səbir və dəstəyinə ehtiyac duyur. Odur ki, 2018-ci ildə yaxın adamları unutmamalıyıq: Doğmalarla ünsiyyət irəliləməyə və vəziyyəti nəzarətdə saxlamağa kömək edəcək.
Dolça
Yeni iş Dolçaların nə qədər çox varlanmaq istədiyini öyrənmək üçün gözəl fürsət olacaqdır. Yeni rəhbərliyə xoş gəlmək və həmkarlarının rəğbətini qazanmaq üçün bir qədər tərləməniz lazım gələcək. Amma bu, baş tutan kimi özünüzü dərhal yerinizdə hiss edəcəksiniz. Maliyyə çatışmazlığı isə sizi büdcənizin artırılmasına motivasiya edəcək.
Balıq
Uğur qazanmaq üçün Balıqlar bəzən möhkəm olmaq və güc toplamaq lazım olduğunu özünə xatırlatmalı olacaq. Ürəyinizcə olmayan işlərin öhdəsindən gəlmək çox çətin olacaq. Amma unutmayın ki, yaxşı iş və çəkdiyiniz əziyyət mütləq layiq olduğunuz pullar gətirəcək.