Alimlər arılar haqqında İNANILMAZ FAKTLAR aşkarladı

Alimlər arılar haqqında İNANILMAZ FAKTLAR aşkarladı backend

Moskva Universitetinin elm adamlarının apardığı araşdırmalar canlı aləmin ən məhsuldar heyvanlarından olan arıların davranışlarının yalnız instinktiv olmadığını ortaya çıxarıb.

Publika.az xəbər verir ki, arıların davranışlarının onurğalı canlılarla eyni olduğu məlum olub.

Bununla yanaşı, arılar zəkaları ilə bir addım daha öndə və xüsusi qabiliyyətlərə sahib olan canlılardandır. Buna görə də onlar təkcə instinktlərindən asılı deyil, həm də vəziyyətin tələb etdiyi kimi davrana bilirlər.

Arıların davranışlarını analiz edən avstriyalı alim Karl Ritter von Friş sınaqlarının nəticəsində bu canlıların idrak qabiliyyəti olduğunu müşahidə etmiş və 1973-cü ildə bu kəşfinə görə Nobel mükafatına layiq görülmüşdü. O, araşdırmalarında bir qabı 15 ədəd ağ və qara, 1 ədəd rəngli hissələrə bölüb. Rəngli olan və yerini dəyişən hissələrə şirin su, digərlərinə isə sadə su töküb. Arılar isə sürətli şəkildə hara getmələri lazım olduğunu təyin edib şirin suyun olduğu hissələrə qonublar. Bu sınaq qoxu ala bilməyən arıların şirin suya qoxusundan dolayı deyil, rəngdən dolayı getdiklərini və rəngləri ayırd edə bildiklərini göstərib.

Karl Ritterdən sonra bu sınaqdan yola çıxan alimlər arıların ətraflarına öyrəşmə və hesablama bacarığı olduğunu öyrəniblər.

Moskva Dövlət Universitetinin müəllimi Vladimir Kartsev və komandasının arıların davranışları üzərində apardığı analizlər onların vəziyyətin tələb etdiyi formada davrana bildiklərini, yeri gəldikdə instinktlərinin əksinə hərəkət etdiklərini ortaya qoyub.

Sınaqda biri böyük, digəri daha kiçik olan iki dairə çəkilib və dairələrin üzərinə yem qoyulub. Arılar öncə böyük dairənin üzərində dayanmağı seçib. Çünki təbiətdə böyük çiçəklərin daha çox şirə verdiyini bilirlər. Araşdırmaçılar daha sonra dairələrdəki yemi dəyişib və böyük dairəyə duzlu, kiçik dairəyə şirin yem qoyub. Arılar isə bu dəfə vəziyyətə uyğunlaşaraq böyük dairəyə deyil, şirin yemin olduğu kiçik dairəyə yaxınlaşıblar. Elm adamları bu vəziyyəti arıların məntiqli olması ilə əlaqələndirib.
Diaspora