Fransız kahin Nostradamusun 2018-ci il üçün proqnozları heç də ürəkaçan deyil.
Fransız astroloq, kahin Nostradamusun 2018-ci il üçün verdiyi proqnozlar qorxuludur. Bu proqnozlardan biri 2018-ci ildə III Dünya Müharibəsinin başlanacağı haqda olan fərziyyədir.Qaziler.az Türkiyə mətbuatına istinadən tanınmış kahin Nostradamusun proqnozlarının bəzilərini təqdim edir:
III Dünya Müharibəsi
Nostradamusun III Dünya Müharibəsi haqda verdiyi proqnoz diqqəti çəkir. Bu proqnoza görə, 2018-ci ildə bu müharibəni başladacaq bəzi hadisələr baş verəcək. Nostradamus böyük savaşın Fransa və Avropada başlayacağını və sonra bütün dünyaya yayılacağını bildirir: “Dünyanın iki böyük gücü arasında müharibə başlayacaq və 27 il sürəcək“. Bəzi sui-qəsd nəzəriyyələrinin də bəhs olunduğu müharibənin Çin, Rusiya, Şimali Koreya ittifaqına qarşı ABŞ ilə baş verəcəyi iddia olunur.
Şiddətli zəlzələlər
Nostradamus 2018-ci ildə ABŞ-da böyük fəlakətlər yaşanacağını iddia edir. Məşhur kahinin fikrincə ABŞ-ın qərbində güclü zəlzələ olacaq və zəlzələ qlobal miqyasda fəlakətlərə təkan verəcək. Maraqlıdır ki, 2016-cı ildə ABŞ Geoloji Araşdırmalar Mərkəzi də burada seysmik fəaliyyətin olduğunu müəyyən edib.
Nostradamusa görə, 2018-ci ildə Yer kürəsinə böyük bir göy cismi çarpılacaq. Bu proqnozla əlaqədar kitabda belə bir cümlə var: Göy üzündə görünəcək bir quyruqlu ulduzla bərabər böyük bir fəlakət gerçəkləşəcək. Bir gün dünyaya bir astroid ya da quyruqlu ulduz düşmə ehtimalı olsa da NASA ən azı 100 il ərzində belə bir hadisənin baş verməyəcəyini qeyd edir.
Digər proqnozlar
Nostradamusa görə, 2018-ci ildə insanlar heyvanlarla danışa biləcək, uşaq sahibi olmaq istəyən şəxslər qanuni icazə və ya isenziya almaq məcburiyyətində qalacaq, dil fərqliliyi aradan qalxacaq və yer kürəsində qlobal istiləşmə səbəbilə böyük yanğınlar baş verəcək.