Yuxu insanın inikası, onun ruhunun güzgüsüdür.
Bu zaman biz sevinmə, kədər və ağrı hissi yaşaya bilirik. Saat kimi işləyən şüuraltı mürgüləmir, stressdən və gərginlikdən xilas olmağa kömək edir. Yuxugörmə yalnız bizim psixoloji durumumuzu göstərmir, bu, həm də gələcəkdə baş verə biləcək hadisələrə hazırlıqlı olmağa kömək edir. Aşağıda qeyd edəcəyimiz yuxular başqalarından adətən davamlı olur, bir neçə ay çəkir. Sanki Uca Yaradan sizə həyatınızı yaxşılaşdırmaq üçün vacib qərarlar qəbul etmək üçün siqnal verir.Bəli, yuxugörmələrlə siz bəzən gələcəkdə nəyin gizləndiyini, ona necə çatmağı və ya ondan qaçmağı öyrənə bilərsiniz. Vacib hadisələrdən xəbər verən bu yuxuları bilmək kifayətdir. Onların sayı cəmi yeddidir.
1. Bağlı əşyalarla bağlı yuxular
Aça bilmədiyimiz bağlı əşyalar tez-tez yuxumuza girir. Bu, hər şey ola bilər: pəncərə, qutu və ya qapı. Siz əgər yuxuda nəyin bahasına olursa-olsun onu açmaq istəyirsinizsə və narahatsınızsa buna diqqət edin. Bu, bir xəbərdarlıqdır. Diqqətli olmalısınız: sizdən çox vacib nəyisə gizlədirlər. Bunu öyrənsəniz bir çox problemlərdən xilas ola bilərsiniz.
2. Gələn zəng və mesajla bağlı yuxu
Əgər yuxuda zəng çalan telefon və ya parıldayan mesaj görmüsünüzsə sizin həyatınız tezliklə dəyişəcəkdir. Lakin xoşbəxtliyə, uğura nail olmaq üçün ayıq olmalı, hər xırdalığa fikir verməməlisiniz.
3. Yuxuda uçmaq
Davamlı olaraq belə yuxu görürsünüzsə, siz məsuliyyətdən, vacib qərar və təşəbbüslərdən qaçırsınız. Siz bu düyünü kəsməli, üzərinizə düşən öhdəlikdən qaçmamalısınız. Yalnız özünüzü tərbiyə etməklə dünyaya baxışınızı dəyişə bilərsiniz.
4. Yuxuda ay görmək
Bunun anlamı odur ki, sizin yaradıcılıq potensialınız çox genişdir, lakin ictimai qınaq və uğursuzluğa düçar olacağınızdan qorxursunuz. Bu yuxu ilə sizə eyham vurulur ki, artıq komfort zonasından çıxmaq, həyatı yaxşılığa doğru dəyişmək, özünü kəşf etmək, bağlandığınız çərçivədən çıxmaq vaxtı çatmışdır.
5. Yollarla bağlı yuxu
Belə yuxular simvolikdir. Hər şey sizin yuxuda harasa istiqamət alan, hiss etdiyiniz emosiyalardan asılıdır. Əgər sizin yolunuz üzərində maneə yoxdursa, demək, düz istiqamətdə gedirsiniz və şəxsi xoşbəxtlik üçün yalnız bircə inamlı addım atmaq kifayətdir. Yolunuz üzərində sualtı daşların olması isə başqa məsələdir. Bu halda sizə xəbərdarlıq olunur ki, həyatdakı təyinatınızı itirmisiniz. Siz mütləq planlarınıza yenidən baxmalı, bilavasitə sizə aid işlərdə ayıq olmalısınız.
6. Güllərlə bağlı yuxu
Yuxuda çiçək açan bitki görmək çox yaxın gələcəkdə xoş dəyişikliklərlə rastlaşma anlamını verir. Bu, həyatın bütün sferalarına aiddir. Solan çiçəklər isə sizin keçmişi heç bir vəchlə buraxa bilmədiyiniz haqda siqnaldır. Həyatın səhifəsini çevirmək və yeni həyata başlamaq zamanı gəlmişdir.
7. Su ilə əlaqəli yuxu
Əgər yuxuda bu və ya digər halda su ilə hərəkət edirsinizsə, məsələn, su içir, çimir, suda batır və ya suya baxırsınızsa, suyun dalğalandığına və ya əksinə, sakit olduğuna mütləq diqqət yetirməlisiniz. Birinci halda siz sakitləşməli, həyatınızın çətin periodunu yaşamağa hazır olmalısınız. İkincisində, sizi yalnız inadla, dözüm sərf edərək dəf edə biləcəyiniz əziyyətlər gözləyir.
QAZİLER.AZ