100 il necə yaşayaq? - Maraqlı

100 il necə yaşayaq? - Maraqlı backend

Höteburq Universitetinin mütəxəssisləri bunun üçün bir neçə qayda-qanuna əməl edilməli olduğunu düşünür.

Qaziler.az Xezerxeber.com-a istinadən məlumat verir ki, bu böyük araşdırma düz 55 il davam edib. Orada iştirak edən isveçlilər isə 1913-cü ildə anadan olublar. Universitete mütəxəssisləri bu illər ərzində onların sağlamlıqları, vərdişlərini təhlil ediblər. Araşdırmaya qatılanlardan 10 nəfəri 100 yaşına kimi yaşaya bilib.

Onların həyatında üst-üstə düşən çox şey olub. Məsələn onlardan heç biri siqaret çəkməyib, 50 yaşlarında öz evləri olub, hər biri idmanla məşğul olub. Demək olar ki, hamısının anası uzunömürlü idi.

Eksprementə qatılanların 27 faizi 80, 13 faizi isə 90 yaşına kimi yaşayıb.

"Bizim unikal araşdırmamız nəyin uzun və sağlam həyata təsir etdiyini göstərdi", deyə professor Lars Vilqelmsen deyib. O, uzun və sağlam yaşamaq istəyənlərə aşağıdakı məsləhətləri verib:

- Siqaret çəkmə
- Gündə 4 fincandan çox kofe içmə
- Nikbin ol
- Təzyiqini normal saxla
- Qanda şəkərin miqdarını tənzimlə
- Çəkiyə nəzarət et
- 50 yaşında evin olsun
- Duruşuna nəzarət et, dik dayan
- Genetik faktorun rolu danılmazdır.
- İdman et

Lakin iş ancaq bunlarla bitmir. Ən əsas şərtlərdən biri sağlam qidalanmaq, stresdən uzaq dayanmaqdır.
Diaspora