Qız yaralı canavara süni nəfəs verərək onu həyata qaytardı

Qız yaralı canavara süni nəfəs verərək onu həyata qaytardı backend

Canavar hansısa ovçu tərəfindən güllə ilə vurulsa da yarası ölümcül deyildi.

Bel sümüyündən yaralanan canavar qanı axa-axa min bir əziyyətlə çay kənarındakı kolluqda gizlənmək üçün ora gedir. Lakin büdrəyərək buzlamış çaya yıxılır.

Xeyirxah insanlar xəsarət alan heyvanlara yardım xidmətinə zəng edərək onlara bu haqda məlumat verirlər. Xidmətin əməkdaşları olan qızlar hadisə yerinə gələndə canavar artıq nəfəs almırdı. Qızlar buzlamış sudan qorxmayaraq çaya girib heyvanı sahilə çıxarırlar. Əməkdaşlardan biri yaralı canavara süni nəfəs verməli olur...

Sonra canavar xəstəxanaya aparılır, sağalandan sonra isə öz adi həyatına başlayır.

Qeyd edək ki, hadisə İtaliyada baş verib.

Qaziler.az videonu təqdim edir:





Diaspora