Tailandın ən böyük adası olan Phuketdə məşhur "Vegetarianlar bayramı" (Phuket Vegetarian Festival) özünəməxsusluğu ilə bütün dünyada məhşurdur.
Milli.az AsiaOne-a istinadən bildirir ki, 3 gün davam edən bu festival "dünyanın ən qorxunc bayramı" adlanır.Phuketdə bayrama qatılanlar yanaqlarını qılınc, bıçaq, xəncər və tapança ilə deşirlər. Yerli inanclara görə, bu minvalla insan günahlardan təmizlənir.
Videonu təqdim edirik:
">