Dünyanın ən qəribə yeni il adətləri - Qovulan ruhlar, sındırılan qablar...

Dünyanın ən qəribə yeni il adətləri - Qovulan ruhlar, sındırılan qablar... backend

Artıq yeni ilin astanasındayıq. Pis-yaxşı, 2017-ci ili başa vururuq. Dəyişən təkcə təqvim rəqəmləri deyil.

Həm də insanlar yeni bir zaman diliminə yeni ovqatlar, təzələnmiş ruhla çıxırlar. Bəlkə də bütün dünya məhz həmin təzələnmiş ruh üçün bayram edir.

Moderator.az dünyanın ayrı-ayrı ölkələrində maraqlı yeni il adətləri haqqındakı yazını təqdim edir:

Şotlandiyada yeni il gecəsində insanlar maraqlı bir adəti həyata keçirirlər. Yeni il girən kimi sevdiyi insanın evinə birinci daxil olan şəxs adını qazanmaq üçün bir-birilərilə yarışa girirlər. İnanca görə, sevdiyi insanın evinə ən birinci daxil olmaqla ora bərəkət, əmin-amanlıq gətirəcəklərini düşünürlər. Maraqlısı budur ki, hər şotland özü barəsində bu cür düşünür. Özü də əliboş getmirlər; ilk ayaq basdıqları evə pul, çörək, duz, kömür və viski də aparırlar;

Çində yeni il günündə az qala, hamının həyata keçirdiyi bir adət var: onlar yola saldıqları ilin uğursuzluqları ilə vidalaşmaq üçün evləri başdan-başa təmizləyirlər. Gələn ilin uğur gətirəcəyinə inam hissi ilə mütləq evə çiçək alırlar;

Yaponlarda yeni il gecəsi bir başqa maraqlarla keçir. İlin son gecəsində qapının ağzına ip asırlar. Yaponlar bununla pis ruhları evdən uzaq tutaraq, xoşbəxtlik və rifahı çağırdıqlarını düşünürlər. Gecə saat 12-ni vuran kimi evdə nə qədər adam varsa, hamısı birağızdan qəhqəhə çəkərək gülür. Bununla da yeni il şad-xürrəm qarşılayırlar;

Rusiyada isə bəlkə də çoxumuzun bilmədiyi çox maraqlı bir adət var: ruslar gələn ildə həyata keçirmək istədiləri arzularını kiçik kağız parçasına yazaraq, yandırırlar. Daha sonra yanmış kağızın külünü şampan qədəhlərinə ataraq içirlər;

Çilidə də yeni il gecəsi çox maraqlı bir adət var: insanlar gecə saat 12-ni vuran kimi bir qaşıq mərcimək yeyirlər. Bununla da gələn ilin onlara düşərli olacaqlarını, bərəkətli keçəcəklərini düşünürlər;

Hollandiyada ötən ilin uğursuzluğunu gələn il aparmamaq üçün küçələrdə, həyətlərdə tonqallar yandırılır. Bəzədilən şam ağacları da yeni il girən kimi həmin tonqallara atılır;

Almaniyada yeni il gecəsi bütün nişanlı oğlanlar sevdikləri qızın evinin altına gələrək gələcək həyat yoldaşı ilə göyə atəş açır. Hesab olunur ki, onlar göyə nə qədər çox atəş açarlarsa, gələcək ailələri bir o qədər möhkəm olacaq. Bundan başqa, stulların üstünə çıxan sıravi almanlar növbəti ilə keçən anda özlərini yer atırlar. Yeni ilin çoxlu sərvət gətirməsi üçün isə hər kəs əlinə pul sikkəsi götürür;

Danimarkada da çox maraqlı yeni il adətləri var: demək, il ərzində istifadədən çıxan şüşə və saxsı qabları saxlayır, yeni il gecəsində isə çox sevdikləri insanların qapısı ağzında sındırırlar. Bununla da onları həm çox sevdiklərini göstərir, həm də üzərlərindəki mənfi ruhları götürdüklərinə inanırlar;
Diaspora