Bildiyiniz kimi dünyada bəzi hadisələr, məkanlar, detallar var ki, hər zaman dünya əhalisini şok və heyrət içində saxlayır...
Bermud üçbucağı, Cənubi Amerikadakı qorxunc sərdabələr, UNOlar və s. bunlar haqda bir çoxumuzun xəbəri var... Dünya alimləri nə qədər çalışsalar da hələ də dəqiq nəticələr əlddüə edə bilmirlər..Məsələn:Tornvud qəsri 16-cı əsrdə tikilmiş ingilis qəsridir. O Vaşinqtonda, Takoma şəhərində Amerikan çayının kənarında yerləşir.
Əvvəlcə Robinzonlar ailəsi iddia edir ki, qəsrin pəncəsərində qadın görüblər. Sonradan binanın yaxınlığından keçən çoxları həmin qadını gördüyünü deyir.
2001-ci ildə evdəki ruhların müəyənləşdirsi ilə əlaqədar dövlət komissiyası təşkil edilir. Qrupda araşdırmaçılar və psixi cəhətdən hissiyyatlı insanlar toplaşırlar. Qrupun yaradıcısı isə Henri Bayley olur.
Henri deyir ki, binanın ətrafında heç vaxt hiss etmədiyi auranı hiss edir. Bina ona olduqca canlı görünüb. Bayley mətbəxdə oturaraq maqnitafona elektron səs dalğalarını yazmağa çalışır. Bu vaxt maqnitafondan eşidilir ki, bir kişi səsi mətbəxdə mahnı oxuyur. Lakin həmin vaxt Bayleydən başqa heç kim mətbəxdə yox idi. Henri ümumiyyətlə heç nə eşitmir. Yalnız evə qayıdıb, yazdığı səsi dinləyəndə açıq-aydın kişi səsini eşidir.
Bayley iddia edir ki, qəsr qədim olduğundan evdəki əşyalar hansısa enerjini özlərində saxlaya bilərlər. Bundan başqa, o evdə iki ruhun olduğunu deyir.
Evdəki ruh daha çox qəsrin əsas girişində görünür. Əgər girişdəki ağac pillələrin ən altdakında otursan və qapı tərəfə baxsan, bir çoxları kimi sən də gənc lord və xanımını görə bilərsən.
1986-cı ildə Çernobıl Atom Elektrik Stansiyasında baş verən dəhşətli qəzadan bir neçə gün əvvəl burada çalışanlar səmada qıpqırmızı alışıb yanan gözləri olan qanadlı qara böyük insan görmüşdülər. Dərhal da bu barədə müvafiq qurumlara məlumat verilmişdi. Əvvəllər insan-pərvanəni xatırladan bu qəribə varlığı ABŞ-ın Qərbi Virciniya ştatının Poynt-Plezant şəhəri üzərində də dəfələrlə müşahidə etmişdilər. Çernobılda bu qəribə varlığı müşahidə edən işçilər gecələr yuxuda olduqca qorxulu parlaq qarabasmalara məruz qalmışdılar. Onların hamısı yuxudan qışqıraraq dəhşət içində ayılmış və bir müddət özlərinə gələ bilməmişdilər.
1986-cı il aprel ayının 26-da Çernobıl AES-da baş verən qəza zamanı stansiya əməkdaşları partlayış baş verən 4-cü blokdan təxminən 6 metr uzunluğunda qara quşun çıxaraq havaya uçduğunu müşahidə etmişdilər...
1984-cü ildə SSRİ geoloqları Kola yarımadasında elmi tədqiqat məqsədi ilə 15 kilometr dərinliyində quyu qazmağa başladılar. Məqsəd orada Yer qabığının qalınlığını müəyyən etmək idi. Quyu 12 kilometr dərinliyə çatanda dərinliklərdən insan iniltiləri və qəribə səslər eşiidlməyə başlandı. Bundan əlavə geoloqlar 12 kilometr dərinlikdə böyük bir boşluq sahəsinin olduğunu müəyyən etdilər. Orada temperatur1100 dərəcəyə çatırdı. Baş verən hadisə ilə bağlı yayılan şayiələrdə isə deyilirdi ki, guya SSRİ geoloqlarının qazdığı quyu 12 kilometr dərinlikdə cəhənnəmlə üzləşmişdi. Bunun yalan ya doğru olduğunu söyləmək çətindir. Çünki Yer altından gələn qorxunc səslər geoloqları quyunun qazılmasını dayandırmağa məcbur etdi.
Sonralar Kola yarımadasında dərinlik quyusunun qazılmasına rəhbərlik edən David Mironoviç Quberman demişdi: "Məndən tez-tez bu müəmmalı hadisə barədə soruşurlar. Mən bilmirəm onlara nə cavab verim. Çünki həqiqətən də quyu qazılarkən yerin dərinliklərindən insanın ağlını əlindən ala biləcək dəhşətli səslər gəlməyə başladı. Sonra isə quyuda partlayış baş verdi. Nəticədə qazmanı dayandırmağa məcbur olduq. Yalnız bundan sonra quyudan gələn qorxunc səslər kəsildi. Bu günə kimi öz sahəmi yaxşı bilən bir alim kimi 12 kilometr dərinlikdə nə baş verdiyini və o qorxunc səslərin nə olduğunu başa düşə bilmirəm".
Qaziler.az saytı digər paranormal hadisələri bu video vasitəsilə diqqətinizə çatdırır:
">