2018-ci ilin simvolu Sarı İtdir. Oğlağın, Dolçanın və Əqrəbin himayədarıdır. Ulduzlar onlara yardımçı olacaq. Qoçlar bu il ailə xoşbəxtliyinə çatacaq, Xərçənglər və Qızlar isə bu xoşbəxtliyi itirməmək üçün ehtiyatlı olmalıdırlar…
Qaziler.az xarici mətbuata istinadən 2018-ci il üçün olan qoroskopu təqdim edir:1.QOÇ
Ümumi əhval-ruhiyyənizin sevincli olacağı vəd olunur. Qoçlar onları bezdirən işi atıb yeni, maraqlı işə başlamağa çalışacaqlar. Sarı İtin təsiri altında bu bürc öz enerjisini lazımlı səmtə yönəldə biləcək. Qeyri-adi səyahət və səfərlərə hazırlıqlı olun. Bundan başqa, ailədəki xoşbəxtlik yeni səviyyəyə yüksələcək. Bununçün bir az cəhd etmək kifayətdır.
2.BUĞA
Buğalar üçün 2018-ci ildə hadisələr dinamik inkişaf edəcək. Siz bütün problemləri tez çözə biləcək, yolunuz üstünə çıxan lazımsız insanlardan yaxa qurtara biləcəksiniz. Ən əsası, İt ilindən nə gözləmək olar? – Başgicəlləndirici roman! Əgər Buğaların möhkəm ailəsi varsa yenə də yeni roman yaşamaq hissi olacaq. İlin əvvəlində bu bürc altında doğulanlar iş həyatında maraqlı təklif alacaqlar. Əldən qaçırmayın!
3. ƏKİZLƏR
Sarı İtin təsiri ilə Əkizlər daha məqsədyönlü hərəkət edəcəklər. İmkanları dəyərləndirin, çoxdan istədiklərinizi həyata keçirmək üçün yollar axtarın. Bu il siz yeni biliklərə asanlıqla yiyələnə bilərsiniz: xarici dillər, proqlamlaşdırma və ya sürücülük. 2018-ci ildə taleyinizi dəyişmək üçün çox gözəl şans yaranacaq.
4. XƏRÇƏNG
Asan il olmayacaq. Lakin siz mübarizəyə hazırsınızsa arzuolunan nəticəyə nail olacaqsınız. Siz mütləq yeni, maraqlı insanlarla tanış olacaqsınız. Bu tanışlıqlar işinizdə irəliləyişə kömək edəcək. Başqa şəhərə və ya ölkəyə köçmək təklifi də ola bilər. Əla şansları əldən verməyin. İkinci yarınıza – həyat yoldaşınıza, sevdiyinizə qarşı diqqətli olun ki, gələn ildə onu itirməyəsiniz: əzizləyin, komplimentlər deyin, romantik görüşlər təşkil edin.
5. ŞİR
Şirlər üçün İt sadiq yol yoldaşı olacaq. Yeni il sizinçün uğurlu, sakit və səmərəli olacaq. 2018-ci ilin əvvəli elə də yüngül olmayacaq, ona görə də çalışın ki, özünüzdən artıq dərəcədə razı olmayasınız. Hisslərinizi cilovlamağa, yaxşı fikirləşərək düzgün qərarlar verməyə çalışın. İntuisiya həmişə işləməyəcək – soyuq ağlı işə salmaq lazımdır.
6. QIZ
2018-ci ildə Qızlar həyata yeni, təmiz səhifədən başlamaq istəyəcəklər. Onlar yoqaya, kurslara yazılacaq, sosial şəbəkələrdə öz səhifələrini açacaq, lakin çox tezliklə yorulacaqlar. Bununçün də bir, maksimum iki işdən yapışın. Onda siz maddi cəhətdən çiçəklənəcək, mənəvi cəhətdən özünüzü yaxşı hiss edəcəksiniz. Şəxsi həyatınızı sirr saxlayın. “Xoşbəxtlik sakitlik sevir” – sizin növbəti il üçün deviziniz budur.
7. TƏRƏZİ
Ətrafdakılar sizin xeyirxahlığınızı, düşüncəli olmanızı və xoş xasiyyətinizi dəyərləndirir. Lakin növbəti ildə diqqətli olmaq lazımdır. İt özü ilə birlikdə sizin boynunuzda oturmaq istəyən adamlar gətirə bilər. Buna heç vəchlə imkan verməyin. Qərarlarınızın düzgünlüyünə şübhə etməyin.
8. ƏQRƏB
Əqrəblər növbəti ildə uğurun içində üzəcəklər. Onlarda hər şey alınacaq. Qətiyyət və ağıl məqsədə çatmağa kömək edəcək. İt ili hisslərin açılmağına imkan verəcək, ona görə də bu bürcdən olanlar yeni münasibətlər yarada və ya uğurlu evlilik həyatı qura bilərlər. Bu zaman dostluq əlaqələrini itirməyin – köhnə dostlarınızla bayram şənliklərinə, gecələrə, sərgilərə gedin.
9. OXATAN
Xoruz ili Oxatanlar üçün uğurlu olub və bu il onlara xoş xatirələr bəxş edib. İt də xoş anlar baxımından səxavətli olacaq. Yeni səyahətlər, tanışlıqlar və imkanlar – 2018-ci ildə bunlar sizi gözləyir. Cürətli layihələr götürün, qorxmayın, siz onları yüksək səviyyədə həyata keçirə biləcəksiniz. Sevgi münasibətlərindəki romanlar ciddi olmağı vəd etmir.
10. OĞLAQ
İtin iltifat göstərəcəyi digər bürc Oğlaqdır. O, sizin itirdiyiniz əvvəlki inamı özünüzə qaytaracaq. Siz daha sakit olacaqsınız. İşdə göstərdiyiniz səylər maddi cəhətdən mükafatlandırılacaq. Lakin hər şeyin asan olacağını gözləməyin. Növbəti ildə əsl zövqü yaxınlarınızla münasibətdə ala biləcəksizniz.
DOLÇALAR
Sizi iri ödənişlər və gözlənilməz hadisələr gözləyir. Ulduzlar sizə çətin tapşırıqlar “atacaq”, siz isə onların öhdəsindən gələ bildiyiniz üçün özünüzlə fəxr edəcəksiniz. Belə şeylərə filosofcasına yanaşın. 2018-ci ildə Dolçaları gözləyən ən əsas nəsələ sevdiyi və ya evli olduğu şəxslə olan münasibətin yeni səviyyəsidir. Sizdə dərin qarşlıqlı inam meydana gələcək.
12. BALIQLAR
İt ili maddi baxımdan Balıqlar üçün əlverişli olacaq. Lotereyaya ümid etməyin, çalışmaq lazım gələcək. Pulları sizin əsas iş yeriniz deyil, hobbiniz gətirəcək. Onunçün də necə qazanmaq lazım olduğunu düşünün. Bütün doğmalarınız sizin bu cəhdinizi dəyərləndirməyə bilər, onunçün də konfliktlərə hazır olun. Onlara bunu izah etməyə çalışın və onlar tərəfdən gəlməli olan anlayışı gözləyin.