İNANILMAZ FAKTLAR: O dünyadan qayıdan 9 adam - FOTOLAR

İNANILMAZ FAKTLAR: O dünyadan qayıdan 9 adam - FOTOLAR backend

İnsan bədəni düşündüyümüzdən də möhkəm və dözümlüdür. Gərginlik, qorxulu qəzalar, hündürlükdən yıxılan insanların bəziləri sağ qalıblar.

Publika.az məhz belə qorxunc hallar yaşayıb, lakin sağ qalan insanların hekayəsini təqdim edir.



2010-cu ildə internetdə başının yarısından məhrum olmuş kişinin fotoları yayıldı. Bəziləri fotonun həqiqiliyinə şübhə etməyə başladı. Amma şəkil həqiqi idi. Fotodakı təsvir olunmuş oğlanın adı Karlos Rodriqesdir və o, dostları arasında "Yarımçıq" ləqəbi ilə tanınır. Rodriqes avtomobil qəzasında ön şüşədən çölə uçub. Başından ölümcül xəsarət alan Rodriqos müasir neyrocərrahiyyə və neyroplastika sayəsində xilas edilib.



Şannon Malloy adlı qız ağır avtomobil qəzasından sonra xəstəxanaya çatdırılıb. Maşının qapısı sözün əsil mənasında onun boynuna çırpılıb. Xəstəxanada həkimlər qapının çırpılması nəticəsində onun baş beyin və onurğa beynini birləşdirən hər bir vətərininin qırıldığını aşkar etdi. Onun başqa orqanları isə heç bir zədə almamışdı. Aparılmış uğurlu əməliyyat nəinki qızın həyatını xilas etdi, hətta onu iflicdən belə xilas etdi. Bununla belə, Malloyda nitq qüsuru yarandı və sol gözü ilə görməkdən məhrum oldu.



Diana Odell düz 60 il süni nəfəs aparatı ilə yaşayıb. 3 yaşında keçirdiyi poliomielit (uşaq onurğa beyin iflici) xəstəliyindən sonra onun onurğasında deformasiya gedib. Ömrünün sonuna kimi aparatlarla yaşayan qadın universitet bitirərək kitab yazmağa da macal tapıb. 2008-ci ildə Diananı yaşadan maşın funksiyasını dayandırmaqla onun həyatına son qoydu.



Finneas Qeyc neyrocərrahiyyə tarixində həyata keçirilən ilk əməliyyatı yaşayan insan olub. 1840-cı ildə təxribatçı əsgər Qeyc Vermont ştatında yerləşən şaxtada məftilin yanma vaxtını düzgün hesablamayıb. Nəticədə, mərmi partlayaraq 20 metrədək metal çubuqları ətrafa səpələyib. Həmin metal parçalardan biri isə bədbəxtçilikdən onun başına sancılıb. Cərrahlar Finneasın başından metal çubuğu çıxara bilib. Yarım ildən sonra Qeyc normal həyata qayıda bilib, lakin tez-tez baş ağrılarından əziyyət çəkib.



1986-cı ildə soyuq qış günlərinin birində 2 yaşlı Mişel Fank evinin qarşısında yerləşən donmuş çayın yaxınlığına oynayırmış. Buz sınır və qız suya düşür. Qızı sudan yarım saatdan sonra çıxartdılar. Sudan çıxararkən qızda heç bir həyatı əlamət yox idi. Həkim ona ürək masajı etdi, qanını isitdi və orqanlarını hərəkətə gətirdi. Mişel gözlərini açdı və xoşbəxtlikdən soyuq su onun beynini dondurmamışdı.



Danimarkalı Dennis Aabo Sorensen əlini hələ 2003-cü ildə itirib. 2014-cü ildə isə həkimlər Sorensenin çiynindəki sinir ucluqlarına elektrod sistem qoşublar. Nəticədə, süni əl ilə oğlan nəinki bədənini tərpədə, hətta barmaqları ilə əşyaları da hiss etməyə başlayıb.



2010-cu ilin yanvarında Meksika klublarının birinin ayaqyolunda paraqvaylı futbolçu Salvador Kabanyasunun başına atəş açılıb. Onun sağ qalması üçün şans çox aşağı idi. Kritik vəziyyətə baxmayaraq futbolçu sağ qalaraq əvvəlki formasına qayıda bildi. Lakin həkimlərin tövsiyəsi güllə onun başından çıxarılmayıb. Çünki, güllənin çıxarılması onun həyatına son qoya bilər.



Çətin ki, gülləbarandan kimsə sağ çıxsın. Lakin Venseslao Moquel istisnadır. O, 1915-ci il Meksika inqilabı zamanı məhkəmə qərarı olmadan güllələnib. Güllələnmə zamanı 9 güllə onun bədənini dəlib keçib. Sonuncu güllə isə sifətinə dəyib. Atəş açanlar onun öldüyünü zənn edib. Amma o sağ qalıb və əsgərlər getdikdən sonra hadisə yerindən qaçıb. Tibbi müdaxilədən sonra sağlamlığı bərpa olunub.



Diaspora