Dünyanın ən zəngin kəndi -Qadağa və şərtləri təəccübləndirir...FOTOLAR

Dünyanın ən zəngin kəndi -Qadağa və şərtləri təəccübləndirir...FOTOLAR backend

Bura Çinin ən zəngin kəndi Huaxidir

Huaxidə demək olar ki, hər ailə lüks villalarda yaşayır. İldə orta hesabla 2 milyondan artıq turisti qəbul edən Huaxi kəndində həyat keyfiyyəti olduqca yüksəkdir. Yalnız kənddə yaşadığınız zaman müəyyən şərtləri qəbul etməyiniz lazımdır.

Modern.az xarici KİV-lərə istinadla xəbər verir ki, kənddə təxminən 1500 nəfər yaşayır. Kənd ağır sənayedən, tekstil və turizmdən gəlir əldə edir.

Alqı-satqıdan əldə edilən qazancın çox hissəsi kəndlilər arasında bölüşdürülür.

Çində 2003-ci ildə 10 milyard yuanlıq ümumi daxili məhsulu ilə ən zəngin kənd adını alan Huaxi, ildə orta hesabla 2 milyondan artıq turisti qəbul edir.



Kəndin digər bir maraqlı tərəfi isə 2 helikopterə malik olmasıdır.Bununla yanaşı kənddə qitələrarası nəqliyyyatı həyata keçirən 2 nəhəng gəmi də var.

Kənddə yaşayanlar bütün qaydalara tabe olmaq məcburiyyətindədir, qumar və narkotik qadağan edilib. Kənddə bar, klub, diskoteka, internet klub, karaoke-bar, və s. yerlər yoxdur.

Huaxini tərk etmək istəyənlər yanlarında heç bir şey apara bilməzlər.Kənddə yaşayanlar həftənin yeddi günü, istirahət olmadan əksəriyyətlə kənddə yerləşən sənaye zavodlarda işləmək məcburiyyətindədir.



Amma Huaxinin zavodlarında sadəcə kənddə yaşayanlar işləmir, kənd kənarından işləməyə gələn on minlərlə insan da fəaliyyət göstərir.
Diaspora