Dünyanın ən dəhşətli cinayətkarlarının saxlanıldığı 10 qorxulu həbsxana mövcuddur. Həmin həbsxanada məhkumlar əsl cəhənnəm azabı yaşayırlar.
Milli.az dünyanın ən qorxunc həbsxanası barədə maraqlı yazını təqdim edir:Taylanddan 16 kilometr uzaqlıqdan yerləşən "Bank-Vank” həbsxanasında məhbusları zəncirdə saxlayırlar. Ölüm cəzasına məhkum edilən məhbusları burada xüsusi dərmanlarla zəhərləyib öldürürlər.
Nyu-Yorkda yerləşən "Rikers” həbsxanasında məhbuslarla olduqca amansız rəftar edirlər. Burada dustaqları zorlayırlar və öldürürlər.
Kaliforniyada ən qədim cəzaçəkmə müəssisəsi sayılan "Sa-Kventin” həbsxanası ölüm cazasına layiq görülmüş məhbuslar üçün qaz kamerası var. Burada ən ağır cinayətlər törədən məhbusları gətirirlər. Dustaqlara isə olmazın işgəncələr verirlər.
Ruandadakı adamyeyənlər həbsxanası. 500 məhbus üçün nəzərdə tutulub. Ancaq 6 mindən çox dustağı var. Burda hər gün onlarla məhbus ölür və yeniləri gətirilir. Ölüm səbəbi isə daha çox aclıq olur. Burda cəsədlər çölə çıxarılmır, çünki ac saxlanan məhbuslar ölülərin ətini yeyir.
Soboneta həbsxanası ən qəddar cinayətkarların saxlanıldığı yer kimi tanınır. Venesuelada yerləşən bu yer əsl cəhənnəmi xatırladır. Burada cinayətkarları dəmir qəfəslərdə saxlayırlar. 20 nəfərlik qəfəsdə isə 150-200 nəfər olur.
Qitarama həbsxanası isə ən qəddar rejimi ilə məşhurdur. Buraya düşən şəxsin sağ çıxması əsl möcüzədir. Həmin həbsxanada cəza çəkənlər acından bir-birilərini yeməyə məhkumdurlar. Bu cəzaçəkmə müəsissəsində dəhşətli infeksiya yayılıb.
Sante adlı türmədə isə məhbuslara olmazın işgəncələr verilir. Fransanın paytaxtı Parisda yerləşən bu həbsxanada məhkumlara qarşı xüsusi qəddarlıq hökm sürür. Burada kim zəifdirsə, həmişə təhlükədə olur. Məhkumlara gündə yalnız 4 dəfə kameradan çıxmağa icazə verilir.
Türkiyədə yerləşən Diyarbəkir həbsxanası dünyanın ən təhlükəli həbsxanaları içərisində 3-cü yeri tutur. Burada insanlığa sığmayan cinayətlər törədən və ömürlük məhkum olanlar saxlanılır. Nəzarətçilərin qəddarlığı isə məhkumların ölümünə səbəb olur. Bu həbsxananın bir hissəsində isə ömürlük həbs cəzasına layiq görülən uşaq və yeniyetmələr saxlanılır.
Suriyada yerləşən Tadmor həbsxanası isə dünyada vəhşiliklərin törədilməsinə görə 2-ci yeri tutur. Burada hər şey insanların həyatını cəhənnəmə çevirmək üçün düşünülüb. Burada prezident Əsədin əleyhinə çıxan məhkumlara dəhşətli cəzalar verilib. Məhbuslar vəhşi itlərə yem edilib. Hər bir məhbusa xüsusi işgəncə verilib.
Salvador Respublikasında yerləşən həbsxanada eyni dəmir barmaqlıqlar arxasında bəzən 40-50 -dən də artıq insan yerləşdirilir. Onların nə inki uzanmağa, bəzən oturmağa belə yeri olmur.
Dünyada vəhşilik və dəhşətli işgəncələri ilə məşhur olan Braziliyanın Karandiru həbsxanası cəhənnəm əzabını xatırladır. Burada xüsusi qəddarlqı hökm sürür. "Ölüm kamerası” adlandırılan bu həbsxana vəhşiliklərinə görə dünyada birinci yeri tutur. Ən qorxulu həbsxana olan Karandiruda hər gün məhbuslarla nəzarətçilər müharibəni xatırladan dava baş verir. Bu səbəbdən də, həmin yerdə hər gün bir neçə insan ölür.