Mərkəzi Londonda yerləşən Leqatum İnstitutu dünyanın ən zəngin və ən xoşbəxt ölkələrinin ən son siyahısını hazırlayıb.
Moderator.az xarici mediaya istinadən xəbər verir ki, hazırlanan siyahıda hər hansı ölkədə iqtisadi durumla yanaşı, təhsil, səhiyyə, texnologiya, təhlükəsizlik sistemlərinin nə dərəcədə inkişafı da əsas götürülüb.2017-ci ilin ən xoşbəxt və ən zəngin ölkələrinin yer aldığı siyahıda cəmi 28 dövlətin adı var.
Norveç reytinq cədvəlinin ilk sırasında yer alıb. İkinci yerdə isə Yeni Zellandiyadır. Norveçin qonşusu Finlandiya isə ilk üçlüyü qapayır.
İlk onluqda yer alan digər dövlətlər bunlardı: İsveçrə, İsveç, Hollandiya, Danimarka, Kanada, Avstraliya, İngiltərə.