Bakıda qeyri-adi Yeni il ağacı - Foto

Bakıda qeyri-adi Yeni il ağacı - Foto backend

ABŞ-ın Azərbaycandakı səfirliyi, Beynəlxalq Rotari Klub və digər tərəfdaşlar plastik tullantılara qarşı bayram kampaniyasına başlayıblar.

Səfirlikdən Trend-ə verilən məlumata görə, səfirliyin keçən il 500-dən çox plastik butulkadan 3 metr yüksəklikdə ağac qurduğunu göstərən videonun uğurundan ruhlanaraq, ABŞ səfirliyi və onun tərəfdaşları Beynəlxalq Rotari Club Bakı, Xəzər Rotari Klubu, Eko Bakı, Saritanın Ekoloji Yaradıcılığı, Azərbaycanda Amerika Ticarət Palatası, Avritel, Holiday Inn və IDEA bu ​​gün Park Bulvar AVM-də "yenidən istifadəni" rəmzləşdirərək istifadə olunmuş plastik şüşələrdən bayram ağacı ucaldıblar.

Ağac təkrar emala və plastik istehlaka dair məlumatlılığı artıracaq. "Yenidən istifadə" atılan obyektlərdən və ya materiallardan orijinaldan daha yüksək keyfiyyət və ya dəyərdə məhsul yaratmaq üçün yenidən istifadəni ehtiva edir. Ağac dekabrın 10-da Rotari Klublarının Qış Bazarına qədər və tədbir müddətində nümayiş olunacaq.

Beynəlxalq Rotari Klubun Bakıdakı nümayəndəliyinin prezidenti Vassilios Sitaras qeyd edib: "Biz ABŞ səfirliyi və digər tərəfdaşlarla birgə plastik şüşələrdən istifadə edərək bayram ağacını qurmaqdan məmnunuq. Nəzərə alsaq ki, bu təşəbbüs builki Qış Bazarının mövzusu ilə üst-üstə düşür, bu tədbirin daha çox insanı planetimizə kömək edən fəaliyyətlərə cəlb edəcəyinə ümid edirik. "

2015-ci ildə dünyada 322 milyon tondan çox plastik istehlak edilib və bu rəqəm hər il artmaqdadır. Bu, ətraf mühit üçün əsas təhlükədir. Plastikdən istifadəni azaltmaq, onlardan təkrar istifadə etmək və onları təkrar emal etməklə böyük nəticəyə nail olmaq olar.


Diaspora