Dəhşətli təyyarə qəzaları-qorxunc GÖRÜNTÜLƏR

Dəhşətli təyyarə qəzaları-qorxunc GÖRÜNTÜLƏR backend

Dünya insanının ən çox istifadə etdiyi nəqliyyat növü heç şübhəsiz ki, təyyarədir.

Buna baxmayaraq, 21-ci əsr insanlarında da təyyarə fobiyası güclüdür. Texnikanın inkişafı, yeni qorunma mexanizmləri və bunların heç biri qorxunu aradan qaldırmağa kifayət etmir. Təyyarə fobiyasının ən əsas səbəblərindən biri "nəzarəti itirmə” vəziyyətidir. İnsanın səfərlə bağlı heç bir nəzarətinin olmaması və təyyarədə olan hər hansı bir çatışmazlıqda özünü güvəndə hiss etməməsi nigaran və narahat olmasına səbəb olur. İnsanlar özlərini etibarda hiss etmək üçün vəziyyət üzərində nəzarətə ehtiyac duyurlar. Təyyarədə bunun edilə bilməməsi bəzi insanlarda narahatlığa səbəb olur.

Təyyarə qorxusunun birdən çox səbəbi ola bilər. Məsələn, daha əvvəlki təyyarə ilə səyahətlərində yaşanan pis bir hadisə adamda təyyarə qorxusunun meydana gəlməsinə səbəb ola bilər. Eyni şəkildə uşaqlıq dövrlərində təyyarə qəzaları ilə əlaqədar bir xəbər və ya bir yaxının başına gələn bir təyyarə qəzası, adamda təyyarə qorxusuna səbəb ola bilir.



Bütün bu faktorların xaricində, təyyarənin texniki mexanizmi haqqında az məlumata sahib olunmasından ötəri təyyarənin etibarlı bir vasitə olmadığı təəssüratı bu kəslərin ağıllarında canlana bilər. Bu vəziyyətdə də təyyarə qorxusu meydana gələ bilər.

Təyyarə qorxusu olan adamlar bu nəqliyyat vasitəsinə minən kimi orqanizmində aşağıdakı hallar baş verir: döyüntü (ürək), tərləmə, ağız quruluğu, nəfəs almada çətinlik, sinədə təzyiq, ürəkbulanma, baş gicəllənməsi, ayaqların tutulması, ürək getmə, nəzarət itirmə qorxusu, ölüm qorxusu.

">

Qaziler.az
Diaspora