Evinizdə bu gülü saxlayırsızsa, dərhal ondan qurtulun

Evinizdə bu gülü saxlayırsızsa, dərhal ondan qurtulun backend

Dünyada ən məşhur və bir o qədər də təhlükəli güllərdən biri də "diffenbaxiya"dır.

Demək olar ki, bütün evlərdə, eyvanda, pəncərə kənarlarında qoyulan bu çiçək əslində insan sağlamlığı üçün olduqca təhlükəlidir.

Publika.az
xəbər verir ki, evlərdə, ofislərdə, gül salonlarında görməyə alışdığımız və el arasında "ağlayan çiçək" adlanan bu gül xüsusən azyaşlı uşaqlar üçün ciddi təhlükə mənbəyidir. Bu çiçək zəhərli tərkibi ilə insanları öldürə bilir.

Aparılan araşdırmalar nəticəsində məlum olub ki, diffenbaxiya gülünə toxunmaq və iyləmək belə uşaqlara ziyan vura bilər. Gülün yarpaqlarının əllə ovulması, qoparılması və tapdalanması nəticəsində əl, dil və dodaqlarda şişmə, yanma, ağrı meydana gəlir. Eyni zamanda nəfəs yolu tıxanıqlığı, tənəffüs çatışmazlığı kimi ciddi problemlər yaradan çiçək insanı yavaş-yavaş zəhərləyir. Mütəxəssislər bu güldən istifadə etməməyə və uşaqları ondan mümkün qədər uzaq saxlamağı tövsiyə edirlər.

Sürətlə böyüyən gülün yarpaqlarındakı zəhər miqdarı bir o qədər artır. 200-ə qədər növü olan diffenbaxiyanın elmə sadəcə 56 növü məlumdur. Gül küləkli mühiti çox sevir. Günəş şüalarından kənarda belə yetişə bilir.
Diaspora