Whatsapp-dan daha bir yenilik

Whatsapp-dan daha bir yenilik backend

Dünyanın ən məşhur mesajlaşma tətbiqi Whatsapp-ı istifadə edənlərə daha bir yenilik təqdim edilib. Artıq bu tətbiqdən istifadə edənlərin bütün hərəkətlərini anbaan izləmək mümkün olacaq. WhatsDog adlı yeni tətbiq Whatsapp-la sinxronlaşdırılıb. Ancaq buna baxmayaraq tətbiq Whatsapp-ın məhsulu deyil. Yeni tətbiq insanlar arasında inam hissini daha da azalda bilər.

Belə ki, WhatsDog istifadə edən şəxsin Whatsapp-da nə zaman olduğu və nə qədər vaxt keçirdiyini bilmək mümkün olacaq.

Bu isə mavi xəttdən sonra ailələrdə söz-söhbətin yaranmasına səbəb ola biləcək ikinci yenilik kimi qiymətləndirilir.
Tətbiqdən istifadə cütlüklər arasında bir növ hesabat xarekteri daşıyacaq. Yəni sevdiyiniz insanın bu gün saat neçədə və nə qədər Whatsapp-da vaxt keçirdiyini asanlıqla bilmək imkanına sahib olacaqsınız. Təbii ki, bu hal heç də hər kəsin ürəyincə deyil.

Qeyd edək ki, WhatsDog hələlik yalnız rəsmi olaraq Android cihazlar üçün istifadəyə verilib.