Yaponların kütləvi ölüm səbəbi

Yaponların kütləvi ölüm səbəbi backend

Kənardan olduqca xoşbəxt və qayğısız görünən yapon xalqının ən böyük problemi bilirsiniz nədir?

Modern.az-ın məlumatına görə, gün ərzində hər beş yapondan biri 12 saatdan çox işləyir. Bu, həftədə (həftənin iş günlərini hesablamaqla) 60 saat deməkdir. 2013-cü ildə ölkədə aparılan statistikaya görə, gərgin iş şəraiti səbəbindən 133 nəfər dünyasını dəyişib, 306 insan ağır xəstələnib. 2015-ci ildə isə bu göstərici fantastik həddə - 2310-a çatdı. Həmin il 27 283 intiharın 2323-nün səbəbi iş prosesində baş verən gərginlik idi.

Publika.az xəbər verir ki, bu psixoloji durum “kirosi” adlanır. Stress və yorğunluq bəzən elə həddə çatır ki, yaponlar ayaq üstə yatırlar. Gördüyünüz kimi, təsəvvürümüzdə ideallaşdırdığımız yaponların həyatı düşündüyümüz qədər asan və rahat deyil.
Diaspora