Uzun illər Moskvanın meri işləmiş Yuri Lujkovdan şok etiraf: İstefaya məhz buna görə göndərildim

Uzun illər Moskvanın meri işləmiş Yuri Lujkovdan şok etiraf: İstefaya məhz buna görə göndərildim backend

Yuri Lujkov uzun illər tutduğu Moskva meri vəzifəsindən istefaya getməsinin səbəbini açıqlayıb.

QAZİLER.AZ saytı Enter.News-a istinadən xəbər verir ki, Lujkovun etirafları onun yeni dərc olunmuş memuarında yer alıb. Keçmiş merin iddiasına görə, onu Dmitri Medvedyevin ikinci prezidentlik dönəmində dəstəkləmədiyi ucbatından istefaya göndəriblər:

“2010-cu ilin aprelində mənim yanıma biznesmen Boris Xait gəldi. O məndən Medvedyevə növbəti prezident seçkisində dəstək verməsini istədi. Xait mənə təklifdən imtina edəcəyim halda təkcə karyeramın bitməyəcəyini, həm də sanksiyalara məruz qalacağımı söylədi. Mən onun bu təklifindən qəti şəkildə imtina etdim. Bundan sonra mənə açıq şəkildə bildirdilər ki, vəzifədən getməliyəm. Mənim istefama qədər və istefamdan sonra baş verənlərin hamısı klounada idi. Buraya xüsusilə Moskvanı tüstünün bürüməsi, Çerkizov bazarı (Telman İsmayılova aid bazarın bağlanması – red.) olayı və digərləri aiddir”.

Qeyd edək ki, Lujkov 1992-ci ildən 2010-cu ilə qədər Moskva meri kimi çalışıb. 2010-cu ilin sentyabrında eks-prezident Medvedyev gözlənilmədən onu istefaya göndərib.
Diaspora