“İt ili”ndə bəşəriyyəti nə gözləyir? – Astroloqlardan nikbin PROQNOZ

“İt ili”ndə bəşəriyyəti nə gözləyir? – Astroloqlardan nikbin PROQNOZ backend

2018-ci il Şərq təqviminə görə, sarı it ilidir.

Fevralın 16-da girəcək bu ildə bəşəriyyəti təyin gözlədioyini müəyyən etmək üçün dünya astroloqları gərgin iş rejimində çalışırlar.

Modern.az 2018-ci il sarı “it ili”ndə dünya ilə bağlı veriləcək proqnozlar barədə ümumi yazı hazırlayıb.

Alovlu xoruz ili önəmli dəyişikliklər və faciələr ili kimi yadda qaldı. Alovlu xoruz və meymun ilinin yerinə sakit və təmknili sarı “it ili” gəlir. İlin əvvəli keçid dövrü ilə bağlı gərgin keçsə də, yaz ayları üçün saktilik bərqərar olacaq.

İlin necə keçəcəyi bizdən də çox asılıdır. İtlər borc və kredit sevmir, yaşadıqları yerdən köçməyi xoşlamır. Sarı pul rəngidi. İş pul mükafatları gətirəcək. Biznesə yeni blar ilin ortalarında çoxlu pul qazanmağa başlayacaq. Yaradıcı insanlar da it ilində rahatlıqla öz istedadlarını nümayiş etdirsinlər.

İtlər sağlamlığı sevdikləri üçün 2018-ci ildə qrip kimi xırda xəstəlikləri çıxmaq şərti ilə insanların səhəti yaxşı olacaq. Onlar zərərli vərdişləri semirlər. 2018-ci ildə səfərlərə getmək uğurlu alınacaq. Həmçinin, artıq çəki ilə mübarizə aparmaq istəyən insanların iradəsi də xeyli möhkəm olacaq.

2018-ci il sevgi dolu il olacaq. Çoxları sevgi nağıllarına yenidən inanacaq, taleyüklü görüşlər olacaq. Ön plana ailə dəyərləri çıxacaq. Həmçinin, “it ili”ndə insanlar sadiq dostların əhatəsində olacaq, xoş tanışlıqlara sevinəcəklər.

“İt il”i müsbət enerjili olduğu üçün bu ildə doğulan körpələr gələcəkdə xoşniyyətli, sadiq və vicdanlı olacaq. “İt ili” belə körpələrə gələcəkdə uğur qazanmaq üçün böyük şans yaradacaq amma bir şərtlə ki, onlar mümkünsüz işə baş qoşmasınlar. 2018-ci ildə ailə həyatı qurmaq da məsləhət görülür.

Astroloqlar 2018-ci ildə dünyada müharibə və konfliktlər az olacaq, toletantlıq və qarşılıqlı hörmət yüksəsk səviyyədə olacaq.

2018-ci il oğlaq, əqrəb və dolça bürcü altında doğulanlar üçün xüsusilə uğurlu keçəcək.

Ümumlikdə, “it ili” konfliktləri sevməyən diplomatic il olacaq və insanları xoşbəxt olmağa sövq edəcək. Bu ildə hamını xoşbəxtlik və müsbət hadisələr gözləyir.
Diaspora