Əfsanəvi Hacı Muradın başı Azərbaycanda dəfn edilə bilər - Rusiya mediası...

Əfsanəvi Hacı Muradın başı Azərbaycanda dəfn edilə bilər - Rusiya mediası... backend

Sankt-Peterburq Antropologiya və Etnoqrafiya Muzeyində saxlanılan əfsanəvi Qafqaz qəhrəmanı Hacı Muradın başı onun bədəninin basdırıldığı məzarın yerləşdiyi Azərbaycanın Qax rayonunda dəfn edilməlidir.


Moderator.az Tatarıstan mediasına istinadla yazır ki, bu haqda Rusiya tərəfinə Qax rayon icra orqanlarından bildirilib.



Xatırladaq ki, Qafqaz dağlılarının lideri İmam Şamilin silahdaşlarından biri olmuş və dünya şöhrətli rus yazıçısı Lev Tolstoyun “Hacı Murad” adlı povest həsr etdiyi Hacı Muradın başının dəfn edilməsinin zəruriliyinin müzakirəsi artıq ikinci ildir davam edir. Bu günlərdə həmin dəfnin vacibliyi haqda Çeçenistanın başçısı Ramzan Kadırov da bəyanat verib.

Hal-hazırda Hacı Muradın qalıqlarının tədqiqi və yenidən dəfn edilməsi ilə Rusiya Federasiyasının Mədəniyyət naziri Vladimir Medinskinin təşəbbüsü ilə yaradılmış idarələrarası komissiya məşğuldur. Lakin daha əvvəldən məlum olduğu kimi, komissiyanın fəaliyyəti, çox güman ki, məxfu saxlanılır.



Qeyd edək ki, Qaxdakı qəbrin Hacı Murada aid olduğunu 1957-1958-ci illərdə Azərbaycanın görkəmli arxeoloqu Məmmədəli Hüseynov da sübut etmişdi. Qəbirdə dəfn olunan şəxsin başsız, eyni zamanda sol ayağının zədəli olması Hacı Muradın qəbri olduğuna dair versiyanı gücləndirir. Həmçinin, döyüşlərin bu ərazidə getməsi və meyitlərin sonradan təhlili göstərir ki, bu qəbir məhz Hacı Murada məxsusdur.
İkinci dəfə də 1980-ci illərdə yenidən burada qazıntılar aparılmış, meyit təhlil olunmuş və məzarın Hacı Murada məxsus olması bir daha təsdiqlənmişdi.

1852-ci ildə satqın yerli hakimlərin köməyi ilə rus hərbçilər tərəfindən 11 saatlıq mühasirədən və atışmadan sonra vəhşicəsinə qətlə yetirilən Hacı Muradın başı saxlandığı Sankt-Peterburq Hərbi-Tibb Akademiyasının muzeyində nümayiş etdirilir. Hər il bu muzeyə milyonlarla turist gəlir. Hacı Muradın Azərbaycandakı qəbrinə isə aylarla heç bir turist gəlmir. Əslində Azərbaycan hökuməti bu əfsanəvui qəhrəmanın başının öz bədəni ilə birgə Qaxda dəfn olunmasına nail olarsa, həm dini baxımdan ədalət bərpa olunar, həm də Mədəniyyət və Turizm Nazirliyi buranı xeyli gəlir gətirəcək turizm məkanına çevirərək insanları bu tarixi məkana cəlb edə bilər.

Diaspora