Britaniyalı alim: “Səkkiz ildən sonra internet şəbəkəsi çökə bilər”

Britaniyalı alim: “Səkkiz ildən sonra internet şəbəkəsi çökə bilər” backend

Dünyada internet şəbəkəsindən istifadə mövcud sürətlə davam edərsə, 2013-cü ildə hazırkı infrastruktur tələbatı ödəməkdə çətinlik çəkəcək.

İKT.lent.az-ın “Techinside”a istinadən verdiyi məlumata görə, Böyük Britaniyanın Birmingem Universitetinin professoru Endrü Ellis (Andrew Ellis) internetin 2023-cü ildə çökə biləcəyi ilə bağlı xəbərdarlıqla çıxış edib.

Alim apardıqları laboratoriya sınaqları nəticəsində internet əlaqəsini təmin edən kabellərin 8 ildən sonra köhnələcəyini və ömrünü tamamlayacağını, bu səbəblə indidən müvafiq addımlar atılmasının zəruriliyini vurğulayıb. Professor Ellis şəbəkə daxilində informasiya mübadiləsinin artması ilə birlikdə elektrik enerjisinə tələbatın da yüksəldiyini qeyd edib. O, hazırda İngiltərədə enerji istehlakının 16%-nin internet üçün istifadə olunduğunu və bu miqdarın hər dörd ildən bir ikiqat artdığını bildirib.
Diaspora