Finlandiyanın "Finnair" hava yolları şirkəti təyyarəyə minəcək sərnişinləri bir-bir tərəziyə çıxardaraq çəkilərini ölçür.
Qaziler.az Publika.az-a istinadən xəbər verir ki, ölkənin paytaxtı Helsinkidə "Finnair" hava yollarına məxsus təyyarələr son illər də maraqlı layihələri ilə gündəmə gəliblər. Turizm sahəsində ən çox istifadə edilən hava yolları şirkətinin bu addımı dünya meiasının diqqətini çəkib.
Bu addımın əsas məqsədi yanacaq və təhlükəsizlik baxımından təyyarədə səyahət edəcək sərnişinlərin ümumi çəkisinin təyin edilməsidir.
Sərnişinləri çəkmək üçün 2 min könüllü işçi ilə əməkdaşlıq edilib.