Leninin cəsədini ABŞ-a satmaq təklif edildi

Leninin cəsədini ABŞ-a satmaq təklif edildi backend

“Dünya proletariatının dahi rəhbəri”nin mumiyasını amerikanlara satmaq təklifi onun öz vətənində-Ulyanovskda səslənib.




Qaziler.az Moderator.az -a istinadən bildirir ki, bu təşəbbüslə Çeçenistan rəhbəri Ramzan Kadırovun Lenini dəfn etmək təklifindən sonra ilahiyyatçı alim, Ulyanovsk Dövlət Universitetinin dosenti Sergey Petrov çıxış edib.

“Lenini basdırmaq böyük bir axmaqlıq olardı. Çünki, məsələn, Misir fironları lap çoxdur, ancaq Lenin təkdir. Onu boş-boşuna xərcləmək olmaz”-deyə Sergey Petrov bildirib.

Alimin hesablamalarına görə, Leninin mumiyası çox bahalıdır. “Rusiya, ən azı, onu satışa çıxara bilər. Şübhə etmirəm ki, zəngin bir Amerika muzeyi onu havada qapar. Və xaricdə olan vətəndaşlarımız da orada gedib dahi rəhbərə baxa bilərlər. Belə də sadəlöhvlük olmaz”,-deyə Petrov izah edib.

Eyni zamanda ilahiyyatçı alim Leninin mavzoleyinin Ulyanovska köçürülə bilməsini də mümkün hesab edib: “Vladimir İliçin doğulduğu yerdə uyuması da məntiqlidir. Bu həm də bölgəyə turist axınını artırmağa da kömək edər”.

Xəbərdə xatırladılır ki, bir neçə il bundan öncə Ulyanovsk vilayətinin qubernatoru Sergey Morozov Leninin bütün mövcud abidələrini Ulyanovska gətirmək və açıq hava muzeyi təşkil etmək ideyası ilə çıxış edib.

“Əgər Leninin adı bizə sosial və iqtisadi layihələrdə kömək edərsə, mən onun Rusiyadakı bütün heykəllərini toplayıb burada yerləşdirməyə hazıram”, - deyə bölgənin başçısı bildirib.

Bundan sonra Ulyanovsk şəhərinin meri Sergey Yermakov daha da irəliyə gedərək belə demişdi: “Əgər Moskva qəflətən Lenin mavzoleyinin sökülməsinə qərar verərsə, onda onu kərpic-kərpic Ulyanovsk şəhərinə nəql edərik və torpaq bu tutiyəni məmnuniyyətlə qəbul edər”.


Diaspora