ABŞ alimləri ən uzaq qalaktikanı tapdılar - KƏŞF

ABŞ alimləri ən uzaq qalaktikanı tapdılar - KƏŞF backend

QAZİLER.AZ Bloknot.ru-ya istinadla xəbər verir ki, astronomların rəyinə görə, tədqiqat zamanı qalaktikanın Yerdən 13 milyard işıq ilinə qədər olan məsafədə yerləşdiyi məlum olub. ABŞ-ın Yelskiy və Kaliforniya universitetlərindən olan bir qrup alim Samanyoluna aid olan ən uzaq məsafədəki birinci nəsil qalaktika tapıblar.

Qalaktikanın Yerdən olan məsafəsini və yaşını təyin etmək üçün tədqiqatçılar üç ən böyük teleskopdan istifadə ediblər: Xabl, Spitcer və Kekadan. Əməliyyat EGS-zs 8-1 adını alıb.

Bu teleskoplar alimlərə qalaktikanın böyük partlayışdan 670 milyon il sonra yarandığını və Samanyoluna qədər məsafənin isə 13,1 milyard işıq ilinə bərabər olduğunu bildirirlər.

Bundan əlavə, astronomlar bunu da öyrəniblər ki, qalaktikada ulduzlar bizimkindən 80 dəfə tez yaranır. Qalaktikanın qeyri-adi rəngləri ulduzların kütləvi yayılması və əsas qaz ilə əlaqəsi kimi izah edilir.
Aydan Əlizamanlı
Diaspora