ADEL SİNDROMU: Məşhur yazıçının qarşılıqsız sevgidən dəli olan qızı

ADEL SİNDROMU: Məşhur yazıçının qarşılıqsız sevgidən dəli olan qızı backend

Adel Hüqo - məşhur fransız yazıçısı Viktor Hüqonun çox gözəl qızı və istedadlı pianoçu...

Bu qız Parisin ən çox arzuolunan gəlin namizədlərindən idi və çox sayda sevənləri vardı. Lakin Adel üfüqdə Albert Pinson görünənədək hamıya qarşı soyuqqanlı idi.

Gənc zabiti ilk dəfə görən Adel anladı ki, bu, onun qismətidir. Bu adam haqqında heç nə bilməyən gənc qız bütün həyatını ona həsr etməyə qərar verir: öz evini atır və işi ilə əlaqədar müxtəlif şəhərlərə göndərilən Pinsonun ardınca düşür.



Adelin məhəbbətinin gücünə inanmaq üçün təkcə bu faktı xatırlamaq kifayətdir: Pinson Kanadaya xidmətə dəyişiləndə Adel gizlincə sevdiyinin arxasınca getmək üçün anasının qızıl-zinət əşyalarını oğurlamağı qərara alıb.

Təxminən 3 il Kanadada yaşayan Adel ətrafdakıları inandırmağa çalışırdı ki, guya Albert ona nişanlanmağı təklif edib, lakin Pinsonun ailəsi bu izdivaca qarşı çıxıb. O, eyni zamanda, yalandan Albertdən ölü uşaq doğduğunu da ətrafdakılara inandırmağa çalışırdı. İş o yerə çatmışdı ki, qardaşı ilə yazışmalarında Adel Albertə ərə getdiyini deyirdi. Düzdür, doğmaları onun sözlərinə inanmırdılar, bununla belə yerli qəzetlərdə yazıçının qızının toyu haqda məlumatlar getmişdi. Lakin Adel sonradan toyun olmadığını etiraf etmiş və Alberti onunla evlənməyə məcbur etmək üçün üçün hipnozçu da kirayələmişdi.



Adel Albertin onun sevgisinə heç cavab vermədiyi faktını da saxlamırdı. Sevgi gözünü elə tutmuşdu ki, Albertin ona necə etinazsız olduğunu, nifrət etdiyini görmək istəmirdi. Yazıçının qızı öz uydurduğu dünyasında yaşayırdı.

Albert yerli məhkəmə sədrinin qızı ilə sevgi romanına başlayanda və ona evlənmək təklif etməyə qərar verəndə Adel məhkəmə hakiminə məktub yazaraq Albertin onunla evli olduğunu bildirmişdi. Bu fakt zabitin elçiliyini pozmuşdu.

Adel Pinsonun ardınca Vest-İndiyaya gedərkən onun psixoloji durumu daha da pisləşmişdi. O, özünü əsl şəhər dəliləri kimi aparırdı: nimdaş paltarda küçələri dolaşır, burnunun altında adının guya "Madam Pinson" olduğunu mızıldanırdı. Küçədəki uşaqlar ona daş atırdılar...



Adel 1872-ci ildə Fransaya, evinə dönəndə ora demək olar ki, tamamilə boş idi: atasından başqa bütün ailə üzvləri ölmüşdülər. Ömrünün qalan illərini Adel xəstəxanada keçirdi.

Hüqonun qızının faciəvi sevgi tarixçəsi "Adel sindromu" - ehtiraslı, cavabsız, platonik sevgi termininin yaranmasına səbəb oldu. Mütəxəssislərin fikrincə, əgər qızın xəstəliyinə əvvəlcədən diqqət yetirilsəydi onu xilas etmək mümkün olardı.

Qaziler.az
Diaspora