Digər Avropa ölkələrindən fərqli olaraq İtaliyada nəs rəqəm 13 yox, 17 hesab olunur.
AZƏRTAC “Nauka i jizn” jurnalına istinadən xəbər verir ki, əksər İtaliya otellərində 17 rəqəmli nömrə, hündür binalarda 17-ci mərtəbə yoxdur.Fransanın “Reno” şirkəti məcburən öz R17 modelini R177 adlandırıb. Hesab edilir ki, belə inanc hələ qədim Romadan gəlir, o vaxt XVII rum rəqəmindən ehtiyatlanırdılar, belə ki, onun işarələrinin yerini dəyişdikdə “VIXI” – yəni öz ömrünü yaşayıb, ölüb sözü alınır.