Vladimir Putin Qərb mətbuatının ən sevimli və tirajlı mövzusudur. Bunu Kremlin sahibi haqqında hər gün çıxan minlərlə yazılardan açıq surətdə görmək olar.
Medianı cəlb edən Vladimir Putinin idarəçilik tərzi və bunun sayəsində həm daxili, həm də xarici siyasətdə qazandığı uğurlardır.Qəzetlər Putinin qurduğu sistem sayəsində külli-miqdarda sərvət topladığını da iddia edirlər.
“Rusiya prezidentinin hakimiyyət sistemi konkret olaraq bürokratik iyerarxiyaya deyil, şəxsi dostluq və qohumluq münasibətlərinə əsaslanır. Onlardan bir çoxu on illər boyunca eyni möhkəmliklə davam edir”, -Almaniyanın “Die Welt” qəzetindən Pavel Lokşin yazır.
ABŞ-ın “The Times” qəzeti isə Putinin bu cür yaxın qohumlarından biri olan Mixail Şelomovdan yazıb.
Qəzetin müxbitri Tom Parfittin yazdığına görə, rəsmi şəkildə bəyan etdiyi kimi ildə 8,5 min dollar pul qazanan bu adam əslində 573 milyon dollarlıq sərvətə malikdir. Prezidentin yaxın çevrəsinin isə bilindiyi qədər 24 milyard dollardan artıq sərvət qazandığı qeyd olunur.
“Korrupsiya və müətəşəkkil cinayətkarlıq layihəsi” təşkilatının-OCCRP-nin (Bu təşkilat korrupsiya əməllərini aradşıran jurnalisltərin və ekspertlərin bilriyidir. 2007-ci ildə Sarayevoda təsis olunub) verdiyi məlumata görə, 49 yaşlı Mixail Şelomov Putini yaxın qohumu Lyubov Şelomovanın oğludur. Onun müxtəlif yerlədə milyonlarla dollarla dəyərində ölçülən aktivləri olsa da, o, bu barədə danışmağı sevmir.
Müəllifin yazığına əsasən, Rusiyanın rəsmi sənədləri onu göstərir ki, Şelomovun aktivlərinə Sankt-Peterburq şəhərində yerləşən “Aksept” firması tərəfindən nəzarət olunur. “Aksept” bu yaxınlarda Sankt-Peterburqda 200 milyon dollarlıq sürətli avtoyolun tikintisi ilə məşğul olan “İqor drayv” adlanan şirkətin 50%inə sahib olub. Həmin yol dağ xizəyi kurortunun yaxınlığında yerləşir.
Avtoyolun sahiblərindən biri də Vladimir Putinn şəxsi kassası sayılan Yuri Kovalçukdur. Bu adam 3 il öncə ABŞ-ın sanksiyaları altına düşüb.
“Korrupsiya və mütəşəkkil cinayətkarlıq layihəsi” təşkilatının verdiyi məlumata görə, Şelomov prezidentlə qohumluğundan sonrakı illərdə bacarıqla istifadə etməyi bacarıb.
2004-cü ildən etibarən “Aksept” ödənilmə qrafiki göstərilmədən 18 milyon dollar həcmində kredit alıb. Bunun sayəsində o, Putinin yaxın dostları sayılan Yuri Kovalçuk və Gennadi Timçenkonun səhmdar olduğu “Rossiya” bankında paya sahib olub.
Yuri Kovalçuk
Bundan başqa, “Aksept” 14,6 milyon dollara “Qazprom”-un sığorta şirkəti sayılan “Soqaz”-ın 12,5%-lik səhminə yiyələnib.
2009-cu ildə isə o, Putinin gəncliyində dzü-do üzrə sparrinq parnyorları və dostları sayılan Rotenberq (Arkadi və Boris) qardaşlarına məxsus “Platinum” şirkətinin 324 milyon dollarlıq aktivlərini satın alıb.
Qeyd edək ki adları çəkilən qardaşlar Rusiyada tender kralları sayılır və iri dövlət layihələrinin əksəriyyəti, onlara həvalə olunur.
OCCRP-nin xəbərinə əsasən, əvvəllər heç bir iri biznes fəaliyyəti ilə məşğul olmayan, lakin məhz Putinin indiki iqtidarı dövründə varlanan daha iki şəxsin adı diqqəti cəlb edir. Bunlar 66 yaşlı kontrabasçı Sergey Roldugin və daha öncələr qəssab işləyən, Putinin uşaqlıq dostu Pyotr Kolbindir.
Kolbin Gennadi Timçenkonun sahib olduğu və Rusiyanın neft treyderi ilə məşğul olan ən böyük firmalarından “Gunvor” şirkətinin səhmdarı sayılır.
Musavat.com