Fermer bataqlığın yanından keçib evinə gedərkən köməyə çağıran səs eşitdi.
O tez səs gələn tərəfə yüyürdü və bataqlıq lehməsində boğulmaqda olan bir öğlan gördü. Oğlan bataqlıqdan çıxmaq üçün əl-qol atır, lakin onun hər hərəkəti ölümü yaxınlaşdırırdı. O, ümidsizlikdən və qorxudan qışqırırdı.Fermer tez yoğun budaq kəsdi, ehtiyatla yaxınlaşaraq xilasedici budağı batmaqda olan oğlana tərəf uzatdı. Oğlan təhlükəsiz yerə çıxdı və beləliklə, xilas oldu. "Gəl bizə gedək. Özünə gəlməlisən, qurulanmalısan, qızınmalısan"-fermer oğlana təklif etdi. "Yox, yox, mən evə getməliyəm, atam mənimçün narahat olub"-deyə təklifdən imtina edən oğlan minnətdarlıqla xilaskarına baxaraq qaçıb getdi.
Səhər fermer çox bahalı çins atlar qoşulmuş karetanın evinə yaxınlaşdığını gördü. Karetadan düşən zəngin geyimli şəxs fermerdən soruşdu: "Mənim oğlumun həyatını sizmi xilas etmisiniz?" "Bəli, mən"-deyə fermer zəndlə qonağa baxdı.
Gələn adam:
- Mən sizə nə qədər borcluyam?
Fermer pərt halda:
- Məni təhqir etməyin, cənab. Mən normal bir insanın eləməli olduğunu etmişəm.
"Xeyr, mən bunu belə qoya bilmərəm, çünki oğlum mənə çox əzizdir. İstənilən məbləği deyin"-deyə gələn adam təkid etdi.
"Mən bu barədə artıq danışmaq istəmirəm, sağ olun"-deyən fermer geri dönmək istədi. Elə bu zaman onun balaca oğlu eyvana çıxdı.
-Bu sizin oğlunuzdur?-zəngin qonaq soruşdu.
-Bəli, - fermer qürurla cavab verdi.
- Gəlin belə edək: mən sizin oğlunuzu özümlə Londona aparıram və onun təhsil xərclərini öz üzərimə götürürəm. Əgər o da atası kimi alicənabdırsa nə siz, nə də mən bu qərardan peşman olmayacayıq.
...Aradan bir neçə il keçdi. Fermerin oğlu əvvəlcə məktəbi, sonra isə tibb universitetini bitirdi. Tezliklə onun adı penisilini kəşf edən adam kimi məşhur oldu. Bu, Aleksandr Flemminq idi. Müharibədən bir qədər əvvəl London klinukasına ağciyər soyuqdəyməsi ilə ağır vəziyyətdə olan bir nəfər gətirildi. Bu, həmin o cənabın oğlu idi. Onun həyatını bu dəfə də Aleksandr Flemminq tərəfindən kəşf edilmiş penisilin xilas etdi.
Flemminqə təhsil vermiş zəngin cənabın adı Randolf Çörcill, onun oğlu isə sonralar İngiltərənin baş naziri olmuş Uinston Çörçill idi.
Çörçill deyib: "Sənin əməllərin elə sənin özünə qayıdacaq".
Qaziler.az