“Finnair” aviaşirkəti “cəhənnəm”ə son reysini etdi

“Finnair” aviaşirkəti “cəhənnəm”ə son reysini etdi backend

Finlandiyanın “Finnair” aviaşirkətinin AY666 “Kopenhagen-Helsinki” reysini sərnişinlər zarafatyana “cəhənnəmə reys” adlandırırlar.

Həm 666 rəqəmi. Həm də Helsinki şəhərinin hava limanının biletdə HEL kimi (“hell” ingiliscə “cəhənnəm” deməkdir) göstərilməsi bu zarafatın yaranmasına səbəb olub.

Virtualaz.org xəbər verir ki, son 20 il ərzində yerinə yetirilmiş reys üzrə dünən, cümə günü, ayın 13-də, saat 13-də son səfər edilib. Helsinkidə təyyarənin sərnişinlərini xüsusi olaraq mövzuya uyğun hazırlanmış avtobus qarşılayıb.

Bundan sonra həmin reys AY954 adlanacaq

Diaspora